Sumqayıtda hava

Manşet, Cəmiyyət

“Azərikimya” İB-nin komandası 12 komanda arasında birinci oldu

“Azərikimya” İB-nin komandası 12 komanda arasında birinci oldu

“Azərikimya” İB-nin komandası 12 komanda arasında birinci oldu

Aprelin 25-də "Neftçi İdman Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə SOCAR-ın tabeçiliyində fəaliyyət göstərən neft, qaz, kimya sənayesi işçiləri və digər təşkilatların əməkdaşları arasında "Səmti müəyyənetmə” yarışı keçirilib.

Sağlam həyat tərzinin təbliğ olunması məqsədini daşıyan yarışlarda SOCAR-ın tabeçiliyində fəaliyyət göstərən idarə və müəssisələrdən 11, fövqəladə hallar nazirliyinin də 1 komandası daxil olmaqla ümumilikdə 12 komanda iştirak edib.

Bakı Beynəlxalq Avtovağzalın ətraf ərazisində keçirilən, gərgin və maraqlı idman mübarizəsi ilə müşayiət olunan yarışlarda "Azərikimya” İstehsalat Birliyinin komandası fəallıq, dözümlülük nümayiş etdirərək, qələbə əzmini əldən verməyib və nəticə etibarilə birinci yerin sahibi olub.

"28 may” NQÇİ və FHN-in komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.

Qalib komandalar "Neftçi İdman Klubu” İB tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR