Sumqayıtda hava

Manşet, Cəmiyyət

"Azərikimya" İB-nin 10 əməkdaşı mükafatlandırıldı

"Azərikimya" İB-nin 10 əməkdaşı mükafatlandırıldı

"Azərikimya" İB-nin 10 əməkdaşı mükafatlandırıldı

"Azərikimya" İB-nin 10 əməkdaşı mükafatlandırıldı

"Azərikimya" İB-nin 10 əməkdaşı mükafatlandırıldı

Aprelin 27-də "Azərikimya" İstehsalat Birliyində Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar geniş tədbir keçirilib.

Bu barədə "Yenisumqayit.az"a Birlikdən bilgi verilib. Tədbiri giriş sözü ilə İB-nin İcraçı direktorunun Əməyin mühafizəsi, ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov açaraq, dünyanın diqqətini işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına yönəltmək məqsədilə Beynəlxalq Əmək Təşkilatı tərəfindən 28 aprel "Ümumdünya əməyin mühafizəsi günü" elan edildiyini vurğulayıb, bu ilin mövzusunun "Optimallaşma, əməyin mühafizəsinə dair məlumatların toplanması və istifadə edilməsi: Profilaktika mədəniyyətinin əsaslarının möhkəmləndirilməsi" olduğunu diqqətə çatdırıb.

Sonra Əməyin mühafizəsi, ekologiya və standartların idarə edilməsi şöbəsinin bu mövzu ilə əlaqədar təqdimatı dinlənilib. Qeyd olunub ki, bu gün "Azərikimya" İB-də istehsalatın bütün sahələrində işçilər üçün normal, təhlükəsiz və zərərsiz iş şəraiti yaradılmaqdadır və kimyaçıların sağlamlığına ziyan yetirə biləcək bütün texniki nasazlıqların aradan qaldırılması istiqamətində əməli tədbirlər görülür. Ötən dövr ərzində İstehsalat Birliyinin müəssisələrində mühəndis-texniki işçilər və fəhlələr arasında maarifləndirmə işinin aparılmasına geniş yer verilib, təhlükəsizlik texnikası qaydalarına həsr olunmuş xüsusi təqdimatlar hazırlanaraq, işçilərin nəzərinə çatdırılıb.

Tədbirdə "EP-300” qurğusunda 2016-2019-cu illəri əhatə edəcək yenidənqurma, modernizasiya və yeni qurğuların tikintisi işlərinin icrası ilə əlaqədar olaraq mühəndislik, texniki təchizat, satınalma, tikintiyə nəzarət və s. funksiyasının yerinə yetirilməsi üçün PMC qismində layihəyə cəlb olunmuş "SOCAR-KBR” birgə müəssisəsinin təhlükəsizlik üzrə meneceri Michel Edgardın yeni layihələrin icrası zamanı təhlükəsizlik qaydalarına əməl olunmasının vəziyyəti ilə əlaqədar təqdimatı dinlənilib.

Qarşıda duran vəzifələrlə bağlı geniş fikir mübadiləsi aparılan tədbirin sonunda "Etilen-Polietilen” zavodunun və Təmir-tikinti İdarəsinin 10 nəfər əməkdaşına əməyin mühafizəsi, təhlükəsizlik texnikası qayda və normalarına düzgün əməl edilməsində fərqləndiklərinə görə "Azərikimya” İB-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri diplomlar və mükafatlar təqdim edilib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR