Sumqayıtda hava

Manşet, Cəmiyyət

Bakı Mühəndislik Universitetinin tələbələrindən örnək davranış

Bakı Mühəndislik Universitetinin tələbələrindən örnək davranış

Sahib olduqlarımız qədər deyil, paylaşa bildiklərimiz qədər zənginik!

Bakı Mühəndislik Universiteti "H.Z.Tağıyev” adına Tələbə Yardım Dərnəyi aprelin 30-da növbəti dəfə ənənəvi aylıq ailə ziyarəti təşkil edib. 70-ə yaxın tələbənin iştirak etdiyi ailə ziyarətlərində tələbələr könüllü olaraq Bakı, Sumqayıt və Xırdalan şəhərlərində yaşayan 18 aztəminatlı ailəni ərzaq yardımı ilə təmin ediblər.

Yeni yaradılmış Bakı Mühəndislik Universitetində artıq 2-cisi təşkil edilmiş bu ziyarət zamanı tələbələr "3 Əl” layihəsində yığılmış lazımlı və istifadəyə yararlı geyim, əşya və kitabları da ehtiyacı olan ailələrə təqdim ediblər. Tələbələr ziyarət zamanı ailələrin həyat şəraiti ilə də yaxından tanış olub, ailələrin azyaşlı övladları ilə səmərəli vaxt keçirdiblər.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR