Sumqayıtda hava

Cəmiyyət

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində "Su günü"

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində "Su günü"

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində "Su günü"

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində "Yaşıl fəsil” ekoloji maarifləndirmə proqram çərçivəsində "Su günü" keçirilib. Tədbir Gənclər və İdman Nazirliyi, "Azərsu” ASC-nin Gənclər Klubunun dəstəyi, "Təbiət Dostları” Gənclər İctimai Birliyi tərəfindən təşkil olunub.

Tədbir iştirakçıları öncə kompleksdə suyun emal prosesi ilə tanış olublar.

Ceyranbatan Su Təchizatı İdarəsinin rəis müavini Oruc Bayramov qurğu haqqında geniş məlumat verib, emal prosesdə istifadə olunan ən son texnologiyaların özəlliklərindən danışıb. Qeyd olunub ki, ölkə rəhbərliyinin su sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan müasir su təmizləmə texnologiyalarına yiyələnib və əhalinin keyfiyyətli su təminatı üçün bu texnologiyalardan müvəffəqiyyətlə istifadə edilir.

SCADA otağı ilə tanışlıq zamanı məlumat verilib ki, ən yeni texnologiyaların tətbiq edildiyi kompleksdə bütün texnoloji proseslər tam avtomatlaşdırılıb. Emal prosesinin məsafədən idarə edilməsi SCADA sistemi ilə həyata keçirilir.Tədbirin seminar hissəsində "Azərsu” ASC Gənclər Klubunun üzvü Fuad Cavadzadənin "Suyun Bakı Səyahəti”, Bakı Dövlət Universitetinin əməkdaşı Aytən Məhərrəmovanın "Qlobal İqlim Dəyişmələri və Ətraf Mühitə Təsirin qiymətləndirilməsi” adlı çıxışları maraqla qarşılanıb.

Tədbirin sonunda "Təbiət Dostları” Gənclər Təşkilatının könüllüsü Elman Əsgərov təşkilatın yaranması və fəaliyyət istiqamətləri barədə məlumat verib və tədbirin təşkilinə görə minnətdarlığını çatdırıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR