Sumqayıtda hava

Cəmiyyət

Bakı Mühəndislik Universitetində "FameLab"ın final mərhələsi keçirilib

Bakı Mühəndislik Universitetində "FameLab"ın final mərhələsi keçirilib

Bakı Mühəndislik Universitetində "FameLab"ın final mərhələsi keçirilib

Bakı Mühəndislik Universitetində "FameLab"ın final mərhələsi keçirilib

Elm ilə məşğul olan şəxslərdə danışıq qabiliyyətlərini inkişaf etdirmək imkanları yaradan müsabiqədə əsas iştirakçı kütlə 20 yaşdan yuxarı, elm və ictimai istiqamətlərdə işləyən, eləcə də, texniki mütəxəssislər, elm, texnika, mühəndis, tibb və yaxud riyaziyyat sahələrində çalışan şəxslərin iştirak etdiyi yarışmanın final mərhələsi keçirilib. Yarışın qaydalarına əsasən final mərhələsində 10 nəfər mübarizə aparıb.

Bakı Mühəndislik Universitetinin prorektoru Bayram Hüseynzadə rəhbərlik adından tədbir iştirakçılarını salamlayıb. Universitetin layihəni dəstəklədiyini, yarışmanın keçirilməsi üçün hər cür şəraitin yaradıldığını və layihənin Azərbaycan elmini və gəncliyini təmsil adına çox əhəmiyyətli olduğunu qeyd edib. Final mərhələsində yarışacaq gənclərə uğur arzulayıb.

British Councilin Azərbaycan üzrə direktoru Elizabet Vayt tədbirdə iştirakdan məmnun olduğunu və təşkilatı dəstək üçün BMU-nun rəhbərliyinə minnətdarlığını bildirib. Azərbaycanın seçdiyi qalibin İngiltərədə uğur qazanacağına ümid etdiyini vurğulayıb.

Famelab yarışmasının Azərbaycan üzrə kordinatoru Sevil İmanova 6-7 ölkənin iştirakı ilə başlayan, hazırda 35 ölkənin iştirak etdiyi, 10 ildir davam edən beynəlxalq layihənin ölkəmizdə 6-cı ildir keçirildiyini diqqətə çatdırdı. Layihə kordinatoru qalibin müəyyən olunmasında münsiflərlə yanaşı auditoriyanın da iştrak edəcəyinin izah etdi.

Münsiflər British Councilin nümayəndəsi Nigar Nəsrullayeva, Nicat Nəsirli, Emil Civişov və Sevinc Orucova iştirakçıların potensialından, onlara verilmiş təlimdən, səhnədə sərbəst və elmi tərəfi önə çəkməli olduqlarından və burada qazanacaqları təcrübənin onların həyatında mühüm rolu olacağından danışıblar.

Əməkdar artist Yaqub Zurufçunun iştirakı yarışmaya xüsusi rəng qatıb. Ürək sözlərini bildirən sənətçi Azərbaycanı sevməyi və ölkəmizin uğurları üçün elmli olmağı tövsiyyə edib. İfa etdiyi mahnıları ilə finalçıları təbrik edib.

Elmi kommunikasiya üzrə ən yeni istedadı axtarıb tapan milli istedad yarışması olan Şöhrət Laboratoriyasının bu ilki qalibi Bakı Mühəndislik Universitetinin tələbəsi Bəxtiyar Məmmədli seçilib. O, ölkəmizi Böyük Britaniyanın Çeltenham Elm Festivalında təmsil etmək hüququ qazanıb.

2-ci yerə Bakı Dövlət Universitetinin tələbəsi Cəmil Ağasiyev, 3-cü yerə isə AMEA-nın Zoologiya institutunun nümayəndəsi Günay Qasımova layiq görülüb.

Digər finalçılar da təşkilatçılar tərəfindən mükafatlandırılıb. Bu il yenilik olaraq auditoriyanın seçdiyi qalib müəyyən olunub və mükafatlandırılıb. "Auditoruyanın rəğbəti” mükafatını da 1 yerə layiq görülmüş Bakı Mühəndislik Universitetinin tələbəsi Bəxtiyar Məmmədli qazanıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR