Sumqayıtda hava

Manşet, Cəmiyyət

STP-də Ulu öndər Heydər Əliyevin 94 illiyi qeyd olunub

STP-də Ulu öndər Heydər Əliyevin 94 illiyi qeyd olunub

STP-də Ulu öndər Heydər Əliyevin 94 illiyi qeyd olunub

Sumqayıt Texnologiyalar Parkında xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.

Qurumdan verilən məlumata görə, tədbiri giriş sözü ilə baş direktorunun müavini İdris Mustafayev açaraq, Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü misilsiz işlərdən bəhs edib, unudulmaz dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində və iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışıb.

Sonra Yeni Azərbaycan Partiyasının STP ərazi ilk partiya təşkilatının sədri Zirəddin İsmayılov çıxış edərək, müasir Azərbaycan dövlətinin banisi və qurucusu, Ümummilli lider Heydər Əliyevin həyat yolundan, Vətən və xalq qarşısında göstərdiyi əvəzsiz xidmətlərindən danışıb, Ulu öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə yüksək nailiyyətlər qazanıldığını vurğulayıb.

Daha sonra tədbirdə qonaq qismində iştirak edən YAP-ın Sumqayıt şəhər Təşkilatının Şura üzvü Vəzirxan Ənsərov çıxış edərək, qeyd edib ki, Ulu öndər Heydər Əliyev bütün ömrü boyu doğma Azərbaycan xalqının taleyi ilə yaşayıb, bütün həyatını canından da artıq sevdiyi Vətəninin tərəqqisinə həsr edib. Dahi rəhbərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" müdrik kəlamı dillər əzbərinə, hər bir azərbaycanlının qürurla səsləndirdiyi şüara çevrilib.

Tədbirin sonunda Ulu öndər Heydər Əliyev haqqında sənədli film nümayiş olunub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR