Sumqayıtda hava

Manşet, Cəmiyyət

700 bal toplamış abituriyentlər Bakı Mühəndislik Universitetinə getdilər

700 bal toplamış abituriyentlər Bakı Mühəndislik Universitetinə getdilər

Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında 700 bal toplamış Xalidə Əliyeva, Elmir Əhmədov, Mahirə Əsədzadə, Eldar Əfəndiyev, Nemət Yusifov, Səbinə İsmayılova, Cavad Əliyev və Arzu Məmmədzadə Bakı Mühəndislik Universitetində olublar.Bu barədə "Yenisumqayit.az"a BMU-dan bildirilib. Universitetin rektoru, professor Havar Məmmədov abituriyentlər və onların valideynləri ilə görüş keçirib. O, Ümummilli Liderimiz Heydər Əliyevin və Möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına və savadlı gənclərin yüksək səviyyədə təhsil almalarına olan diqqət və qayğısından danışıb. Bu gün ölkəmizdə təhsilin bütün pillələrində və eləcə də qəbul imtahanlarında şəfaflıq, obyektiv qiymətləndirmə movcuddur. Bunun bariz nümunəsi sizlərsiniz. 21-ci əsr texnologiyalar əsri olmasını, ölkəmizdə yeni sənaye sahələrinin açılmasını nəzərə alsaq mühəndislik ixtisaslarına olan ehtiyacı və onun önəmini anlayarıq. Professor Havar Məmmədov BMU-da olan mühəndislik və iqtisadiyyat üzrə ixtisaslar və bu ixtisaslar üzrə yüksək səviyyəli kadr hazırlığı üçün universitetin maddi- texniki bazası və akademik heyəti haqqında məlumat verib. Qeyd edib ki, universitetdə tələbələrə yüksək səviyyəli tədris verməklə yanaşı onların yataqxana ilə təmin olunur və asudə vaxtlarının səmərəli keçirmələri üçün şərait yaradılıb. Tələbələrə yaradımış şəraitin nəticəsidir ki, onlar olimpiadalarda , bədii öz vəaliyyət festivallarında fəxri kürsünün ən yüksək pillələrinə qalxırlar. Rektor BMU-nun orta məktəblərlə olan əlaqələrindən, xüsusən Zərifə Əliyeva adına liseylə bağlanməş müqaviləyə əsasən görülən işlərdən danışıb.

BMU-nun prorektorları Həmzağa Orucov, Bayram Hüseynzadə və Azər İmanquliyev abituriyentlərə və onların valideynlərinə ixtisas seçimində diqqət etməli olduqları məslələrlə bağlı tövsiyyələrini veriblər.

Valideynlərdən Məhəbbət Əsədzadə bir övladının BMU-da təhsil aldığını, universitetin onun övladının formalaşmasındakı rolunu yüksək qiymətləndirib və minnətdarlığını bildirib.

Sonda qonaqlar universitetin kitabxanası, laborotoriyaları və yataqxanası ilə tanış olublar, gördükləri şəraitə heyran olduqlarını gizlətməyiblər. Dəvət üçün universitetin rəhbərliyinə təşəkkür ediblər.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR