Sumqayıtda hava

Manşet, Cəmiyyət

FHN-nin Sumqayıt Regional Mərkəzi yerli KİV-lərlə əlaqələrə ciddi önəm verir

FHN-nin Sumqayıt Regional Mərkəzi yerli KİV-lərlə əlaqələrə ciddi önəm verir

FHN-nin Sumqayıt Regional Mərkəzi yerli KİV-lərlə əlaqələrə ciddi önəm verir

FHN-nin Sumqayıt Regional Mərkəzi yerli KİV-lərlə əlaqələrə ciddi önəm verir

Mayın 18-də Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Heydər Əliyev Mərkəzində "Sumqayıt" qəzetinin və yerli KİV-nin əməkdaşlarının iştirakı ilə "Fövqəladə hallarla bağlı əhalinin maarifləndirilməsində mətbuatın rolu” mövzusunda "dəyirmi masa” keçirib.

Mərkəzdən "Yenisumqayit.az"a bildirilib ki, tədbirin keçirilməsində məqsəd baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması, fövqəladə hallar zamanı insanlar arasında davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi və əhalinin mətbuat vasitəsilə mütəmadi olaraq maarifləndirilməsində yerli mətbuat ilə əməkdaşlığın müzakirə edilməsi olub.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin, "Sumqayıt" qəzetinin və yerli KİV-nin əməkdaşları iştirak edib.

Öncə iştirakçılar üçün Heydər Əliyev Mərkəzində ekskursiya təşkil edilib, ulu öndərin həyat və fəaliyyəti barədə ətraflı bilgi verilib.

Sonra Regional Mərkəzin fəaliyyət istiqamətləri, gördüyü işlər, yerli KİV-lərin əhalinin maarifləndirilməsində rolundan danışılıb. Həmçinin, bu cür tədbirlərin silsilə olaraq Regional Mərkəzin əhatə etdiyi ərazidə fəaliyyət göstərən yerli mətbuat ilə keçiriləcəyi diqqətə çatdırılıb.

Sonda Şəhər İcra Hakimiyyətinin və yerli KİV-nin nümayəndələri ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, Jurnalistləri maraqlandıran suallar cavablandırılıb, maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları və bukletlər paylanılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR