Sumqayıtda hava

Cəmiyyət

Xaçmazda ictimai müzakirə - "Sosial mediada problemlər"

Xaçmazda ictimai müzakirə - "Sosial mediada problemlər"

Xaçmazda ictimai müzakirə - "Sosial mediada problemlər"

"Hər bir şəxs yazdıqlarının məsuliyyətini daşımalıdır və daşıyır”

 

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin "Sosial mediada mənəvi-əxlaqi dəyərlərin qorunması və davranış qaydalarına riayət olunması üçün ictimai səfərbərlik yolları” layihəsi çərçivəsində növbəti ictimai müzakirə Xaçmaz şəhərində keçirib. Bu barədə "Yenisumqayit.az"a İB-dən bilgi verilib.

 

İctimai müzakirədə sosial mediada əxlaq və mənəvi dəyərlərin qorunması, istifadəçilərin müqavilə öhdəliklərinə əməl etməsi və müqavilə şərtlərinin pozulmasına görə məsuliyyət, sosial mediada "terror”, bunun insanların həyatına və ictimai təhlükəsizliyə təsiri, onunla mübarizədə ictimai səfərbərlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xaçmaz şəhər Turizm və İnformasiya Resurs Mərkəzində keçirilən təbdirdə rayon ictimaiyyətinin və QHT-lərin nümayəndələri, fəal gənclər, KİV təmsilçiləri, bloggerlər iştirak edib.

 

Təşkilatın sədri və layihənin rəhbəri Rəfail Becanov tədbiri açaraq, layihə və layihədən gözlənilənlər haqqında geniş çıxış edib. O bildirib ki, sosial mediada və şəbəkələrdə, xüsusən də ölkə əhalisinin ən çox istəfadə etdiyi "Facebook”da əxlaq və mənəvi dəyərlərin aşınmasına qarşı ictimai müqavimətin təşkili çox önəmlidir. Bunun üçün bloqgerlərin, sosial şəbəkələrdə olan müxtəlif səhiflələrin və ya qrupların adminlərinin prosesə nəzarəti gücləndirilməsi və gənclərin bu istiqamətdə aparılan maarifləndirmə işlərinə cəlb edilməsi vacibdir: "Hazırda saxta profillərlərin ictimai-siyasi, tanınmış adamları, öz fikrini açıq ifadə edənləri hədəfə alması ciddi problemə çevrilib. Layihə bunun aradan qaldırılması üçün mümkün yolların təbliğində mühim rol oynayacaq. Bu gün ən böyük və ciddi təsir vasitələrindən biri sosial mediadır. Sosial media həyatımıza elə daxil olub ki, artıq çap mediasını, o cümlədən elektron KİV və onlayn medianı belə qabaqlayır. İstər-istəməz cəmiyyət onun təsirinə düşür”.

 

Layihənin eksperti, hüquqşunas Mehman Muradlı çıxış edərək sosial şəbəkə istifadəçilərinin bir çox hallarda qanunvericilə əməl etmədiklərini qeyd etdi. M.Muradlı sosial şəbəkələrdə yazılan hər-hansı bir yanlış məlumatın, şəxsiyyəti alçaldan ifadələrin işlədilməsinə görə qanunvericilikdə müxtəlif cəzaların nəzərdə tutulduğunu dedi: "Hər kəs fikirlərşir ki, "facebook”da nə istəsə yaza bilər. Amma belə deyil. Hər bir şəxs yazdıqlarının məsuliyyətini daşımalıdır və daşıyır. Hüquq-mühafizə orqanları istənilən saxta hesabı maksimum 3-4 dəqiqə ərzində aşkar edə bilirlər. İP (İnternet Protokol) adresləri ilə mesajların hansı ünvandan yazılıdığını belə təyin etmək çox asandır. Bu baxımdan hər kəs yazdığı, yaydığı məlumatlara məsuliyyətlə yanaşmalıdır”.

 

Tədbirdə çıxış edən layihənin eksperti Vilayət Muxtar ilk olaraq sosial şəbəkələrin müsbət tərəfinə toxunub: "Sosial şəbəkələr bu gün böyük dünyanı kiçik bir mərkəzdə birləşdirir. Bir çox şəxslər sosial şəbəkələr vasitəsilə doğru informasiyalar alır, yayır. Şəxsi əlaqələrin qurulmasında, insanlar arasında daha asan rabitə kimi sosial mediya kifayət qədər effektli bir vasitədir. Ancaq sosial medianın bu müsbət cəhətlərindən bir çox hallarda mənfi mənada istifadə edilir. İctimai nüfuzlu, tanınmış şəxslərin, dövlət xadimləri, ölkənin ədəbiyyat, mədəniyyət kimi mühüm sahələrində xüsusi xidməti olan şəxsiyyətlər sosial şəbəkələrdə təhqir olunur. Bunun başlıca səbəbi isə sosial şəbəkədə saxta hesabların geniş yayılması və şər, böhtan xarakterli məlumatların rahat şəkildə paylaşılmasıdır. Cəza tədbirlərinin görülməməsi də problemin dərinləşməsinə səbəb olan amillərdəndir”.

Daha sonra müzakirə iştirakçıları çıxış edərək problemin səbəbləri və bunun aradan qaldırılması yolları haqqında öz fikirlərini bölüşüblər.

 

İctimai müzakirədə Xaçmaz İcra Hakimiyətinin humanitar və ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Pərviz Əmircanov iştirak edib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR