Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda gənclər “28 may - Respublika günü”nü qeyd etdi

Sumqayıtda gənclər “28 may - Respublika günü”nü qeyd etdi

Sumqayıtda gənclər “28 may - Respublika günü”nü qeyd etdi

Sumqayıtda gənclər “28 may - Respublika günü”nü qeyd etdi

Sumqayıtda gənclər “28 may - Respublika günü”nü qeyd etdi

Mayın 26-da Heydər Əliyev Mərkəzində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 28 may - Respublika günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 illiyi ilə əlaqədar bədii-əyləncəli bayram tədbiri keçirilib. İdarədən "Yenisumqayit.az"a bildirilib ki, tədbirdə şəhərdə fəaliyyət göstərən gənclər, tələbə-gənclər təşkilatları və müxtəlif sahələri təmsil edən ictimai-fəal gənclər iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilib.

Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov tədbirdə çıxış edərək xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan Azərbaycan Xalq Cümhuriyyətinin türk və islam dünyasında ilk parlamentli respublika, demokratik, dünyəvi dövlət nümunəsi olmaqla yanaşı, dövlətçilik tariximizin yadda qalan mərhələlərindən olduğunu qeyd edib. 23 ay çətin ictimai-siyasi şəraitdə mövcud olan AXC-nin Sovet hakimiyyətinin qurulması ilə süquta uğramasına baxmayaraq, xalqımız azadlıq mübarizəsindən geri çəkilmədi. 1991-ci ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ikinci dəfə dövlət müstəqilliyimizi bərpa etdi və qorunub saxlanılmasında, dövlətimizin möhkəmlənməsində, dünyaya tanınmasında misilsiz xidmət göstərdi. Bu gün isə bu siyasət ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Tədbirin bədii hissəsində isə Xalq Cümhuriyyətinin fəaliyyətinə dair suallar səsləndirilib, istedadlı gənclərin ifasında musiqilər dinlənilib və sonda party təşkil edilib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR