Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda kross qaçışı üzrə şəhər birinciliyi keçirildi

Sumqayıtda kross qaçışı üzrə şəhər birinciliyi keçirildi

Sumqayıtda kross qaçışı üzrə şəhər birinciliyi keçirildi

Sumqayıtda kross qaçışı üzrə şəhər birinciliyi keçirildi

Bu gün Sumqayıt Bulvarında şəhər Gənclər və İdman Baş İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "28 May - Respublika günü”nə həsr olunmuş tam orta ümumtəhsil məktəblərinin şagirdləri arasında kross üzrə şəhər birinciliyi keçirilib. Baş İdarədən "Yenisumqayit.az"a bildirilib ki, yarışda müəyyən olunmuş marşurut üzrə 3000 metr məsafəyə kross yarışında 48 təhsil ocağının 150-ə yaxın şagirdi iştirak edib.

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışda Kənan İsmayılov (7 nömrəli məktəb), Elyar Vahabov (4 nömrəli məktəb), Cavid Əiyev (22 nömrəli məktəb), Ayxan Məmmədli (30 nömrəli məktəb), İsa Əhmədov (21 nömrəli məktəb), Mirismayıl Əsgərov (41 nömrəli məktəb), Rəşad Əlizadə (30 nömrəli məktəb), Rəsul Əliyev (9 nömrəli məktəb), Böyükağa Əliyev (22 nömrəli məktəb) və Surxay Ağayev (41 nömrəli məktəb) müvafiq olaraq 1-10-cu yerləri tutub.

Yarışda I-X yerləri tutan idmançılara şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi cənab Mübariz Bəşirov tərəfindən medal, fəxri fərman və xatirə hədiyyələri təqdim olunub."Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR