Sumqayıtda hava

Manşet, Cəmiyyət

FHN-in Sumqayıt Regional Mərkəzi növbəti tədbiri uşaqlara həsr etdi

FHN-in Sumqayıt Regional Mərkəzi növbəti tədbiri uşaqlara həsr etdi

FHN-in Sumqayıt Regional Mərkəzi növbəti tədbiri uşaqlara həsr etdi

FHN-in Sumqayıt Regional Mərkəzi növbəti tədbiri uşaqlara həsr etdi

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi iyunun 2-də Xırdalan şəhər 17 №-li uşaq bağçasında "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibəti ilə "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Məqsəd müəllim və uşaqların fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, bağçalarda baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları, bağçanın müəllimələri və uşaqlar iştirak edib.

İlk öncə Regional Mərkəzin əməkdaşları, uşaqları "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə təbrik ediblər. Çıxış edənlər "Fövqəladə halların təsnifatı”, "Zəlzələ zamanı necə davranmalı”, "Torpaq sürüşməsi zamanı davranış qaydaları”, "Məişətdə yanğın zamanı davranış qaydaları”, "Odsöndürən balonlardan istifadə”, "Dəm qazı” və "112” qaynar xətti” mövzularında məlumat veriblər.

Mövzulara dair suallar cavablandırılıb və maarifləndirmə xarakterli təbliğat materialları paylanılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR