Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda “İnsan Hüquqları aylığı” çərçivəsində görüşlərə başlanılıb

Sumqayıtda “İnsan Hüquqları aylığı” çərçivəsində görüşlərə başlanılıb

Sumqayıtda “İnsan Hüquqları aylığı” çərçivəsində görüşlərə başlanılıb

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsi, İnzibati-İqtisad Məhkəməsi və Sumqayıt Dövlət Texniki Kollecin birgə təşkilatçılığı ilə mayIN 31-də Kollecdə müəllim-tələbə heyyətinin iştirakı ilə "18 İyun - Azərbaycanda Milli İnsan Hüquqları” gününə həsr edilmiş görüş keçirilib.

Görüşdə ilk olaraq iştirakçılara insan hüquq və azadlıqları haqqında videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov iştirakçıları salamlayaraq, 18 may - 18 iyun "İnsan Hüquqları Aylığı” çərçivəsində şəhərin idarə, müəssisə və təşkilatlarında, ali və orta ixtissas təhsil müəassisələrində keçirilən maarifləndirici xarakterli görüşlərin məqsədindən, "18 İyun - Azərbaycanda Milli İnsan Hüquqları” gününün əhəmiyyətindən danışıb, Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunması və məhz bu tarixin Prezident cənab İlham Əliyevin sərəncamı ilə "Milli İnsan Hüquqları günü” elan olunduğunu bildirib.

Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin hakimi Zaur Məmmədov çıxış edərək «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı»nın icrasının uğurla təmin edilməsindən, beynəlxalq hüquq normalarından, Respublikada həyata keçirilən hüquqi dövlət quruculuğu siyasətindən, mülkiyyət hüququndan, insan hüquq və azadlıqlarının qorunması istiqamətində görülmüş işlər haqqında ətraflı məlumat verib.

İştirakçılara insan hüquq və azadlıqları haqqında ilkin məlumatları özündə əks etdirən bukletlər paylanılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR