Sumqayıtda hava

Cəmiyyət

Qərb Universiteti magistrlar üçün unikal imkanlar yaradır

Qərb Universiteti magistrlar üçün unikal imkanlar yaradır

Qərb Universiteti 1996-ci ildə TASIC proqramı çərçivəsində magistratura proqramı təsis etməklə ölkəmizdə magistr səviyyəsində professional təlim təklif edən ilk universitetdir. Bu barədə "Yenisumqayit.az"a Universitetdən bildirilib. Universitetin beynəlxalq şəbəkəsi magistrlar üçün xaricdə təhsil proqramlarına qoşulmaq üçün unikal imkanlar yaradır.

Eyni zamanda dünyanın aparıcı universitetlərindən mütəxəssislər mühazirələr üçün universitetə dəvət olunur. İntensiv ingilis dili dərsləri isə xarici mütəxəssislərin tədris etdiyi proqramları yüksək səviyyədə mənimsəmək üçün baza yaradır.

Bunlarla yanaşı Qərb Universiteti İsveçrədə yerləşən Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) ilə birlikdə MBA proqramı üzrə ikili diplom layihələri həyata keçirir. Proqram çərçivəsində dərslər Qərb Universiteti və İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universitetinin müəllimləri tərəfindən aparılır. Təhsil proqramının yekununda məzunlar hər iki universitetin diplomlarını əldə edirlər.

Hazırda universitetin infrastrukturunun müasirləşdirilməsi üçün əsaslı işlər aparılır, maddi-texniki bazanın gücləndirilməsi təmin edilir, nəhəng kompleks, yeni binalar və müasir kampusun tikintisi həyata keçirilir, müxtəlif sahələrlə bağlı müasir, unikal laboratoriyalar qurulur. Tələbə sayının ciddi şəkildə artacağını nəzərə alaraq universitet illik təhsil haqlarını ciddi şəkildə aşağı salıb.

Qərb Universiteti 2017/2018-ci tədris ili üçün MAGİSTRATURA pilləsinə bu İXTİSASLAR üzrə qəbul elan edir:

http://wu.edu.az/az/akprog/Postgradcourses/

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR