Sumqayıtda hava

Cəmiyyət

Bakı Mühəndislik Universitetinin rektoru "Azərikimya"da

Bakı Mühəndislik Universitetinin rektoru "Azərikimya"da

Muxtar Babayev: BMU-nun tələbələri "Azərikimya" İstehsalat Birliyinin bütün müsabiqələrində aktiv iştirak edir.

Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov və Azərikimya İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev arasında görüş keçirilib. Qəbul üçün öz təşəkkürünü bildirən, Professor Havar müəllim Azərikimya İB ilə gələcəkdə birgə həyata keçirilə biləcək fəaliyyətlərdən danışıb. Universitetin ölkənin qabaqcıl sənaye müəssisələri ilə yaxından əməkdaşlıq etdiyini qeyd edən rektor, Azərikimya İB ilə də tələbələrin istehsalat təcrübələri keçmələri, məzunların işlə təmin olunması, professor-müəllim heyətinin elmi-pedaqoji təcrübələrindən faydalanma və Birliyin texnoloji, istehsal imkanlarlndan tələbələrin faydalanması kimi istiqamətlərdə əməkdaşlıq etmək imkanlarından danışıb. Bakı Mühəndsilik Universitetinin çox güclü maddi-texniki bazaya və savadlı tələbə heyətinə sahib olduğunu qeyd edən rektor, Azərikimya İB ilə univeristetin əməkdaşlıq edərək ölkəmizin inkişafı üçün çox faydalı layihələr həyata keçirə biləcəyinə ümidvar olduğunu bildirib.

İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev bu görüşün təşkil olunmasından çox məmnun olduğunu qeyd edərək, Bakı Mühəndislik Üniversitetinin ölkədə çox yüksək reytinqə malik olduğunu, tələbələrin Azərikimya İB-nin bütün müsabiqələrində aktiv iştirak etdiyini, çox savadli professor-müəllim heyətinin olduğunu və bu univeristetlə əməkdaşlıq etməkdən çox məmnun olduğunu xüsusi vurğulayıb. Sədr Muxtar Babayev Azərikimya İB-nin nəzdində inşaatı davam edən yeni müəssisələrdən, yeni iri miqyaslı layihələrdən və birliyin gələcək planlarından geniş bəhs edib. Bugün yeni nəsil texnologiyaları bilən mühəndislərə çox böyük ehtiyac olduğunu qeyd edən Muxtar müəllim, Azərikimya İstehsalat Birliyində bu il 560 nəfər namizəd arasından 31 nəfər mühəndisin təcrübə proqramına cəlb edildiyini və bunların arasından da 21 nəfərin işə alınacağnı açıqlayıb. Bu proqram çərçivısində namizdlərə təcrübə maaşı və diğər sosial təminatların təmin olunduğunu qeyd edib.

Sonda xatirə fotosu çəkilib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR