Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda “İnsan Hüquqları aylığı” çərçivəsində görüşlər davam edir

Sumqayıtda “İnsan Hüquqları aylığı” çərçivəsində görüşlər davam edir

Sumqayıtda “İnsan Hüquqları aylığı” çərçivəsində görüşlər davam edir

İyunun 6-da Sumqayıt şəhər İH-nin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin, İnzibati-iqtisad Məhkəməsinin və Sumqayıt Musiqi Kollecinin birgə təşkilatçılığı ilə Kollecin akt zalında müəllim-tələbə heyətinin iştirakı ilə 18 İyun "Azərbaycanda Milli İnsan Hüquqları” gününə həsr edilmiş növbəti görüş keçirilib.

İlk olaraq iştirakçılara insan hüquq və azadlıqları haqqında videoçarx nümayiş olunub. Tədbiri giriş sözü ilə açan Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov 18 İyun - "Azərbaycanda Milli İnsan Hüquqları” gününün əhəmiyyətindən danışıb, Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunması və məhz bu tarixin Prezident cənab İlham Əliyevin 17 iyun 2007-ci il tarixli sərəncamı ilə Azərbaycanda "Milli İnsan Hüquqları günü” elan olunduğunu bildirmişdir.

Sumqayıt İnzibati - iqtisad Məhkəməsinin hakimi Vəfa Əzizova çıxışında demokratiya və insan hüquqları kimi ümumbəşəri dəyərlərə sadiq olan, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan dövlətinin insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin artırılması üçün ciddi səylər göstərdiyini, ölkəmizdə gedən demokratikləşmə prosesindən, ictimai həyatın bütün sahələrində aparılan uğurlu islahatlardan danışıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, Baş İdarə tərəfindən hazırlanmış insan hüquq və azadlıqları haqqında məlumatları özündə əks etdirən bukletlər paylanılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR