Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda tanınmış şair-publisist Əli Nəcəfxanlının 60 illik yubileyi keçirilib

Sumqayıtda tanınmış şair-publisist Əli Nəcəfxanlının 60 illik yubileyi keçirilib

Sumqayıtda tanınmış şair-publisist Əli Nəcəfxanlının 60 illik yubileyi keçirilib

Sumqayıtda tanınmış şair-publisist Əli Nəcəfxanlının 60 illik yubileyi keçirilib

Sumqayıtda tanınmış şair-publisist Əli Nəcəfxanlının 60 illik yubileyi keçirilib

Sumqayıtda tanınmış şair-publisist Əli Nəcəfxanlının 60 illik yubileyi keçirilmişdir

 

(yarıciddi, yarızarafat)

 

 

60 il əvvəl qocaman Xəzərin Sumqayıt sahilində ilin ən gözəl günlərindən birində - iyunun 2-də dünyaya gələrək, əvvəlcə bir ailəni, sonralar bir eli-obanı sevindirən, bugünlər isə qoynunda yaşadığı şəhər üçün baş ucalığı olan tanınmış şair-publisist, hər zaman, hər yerdə səmimiliyi, sadəliyi və istedadı ilə seçilən Vətən qeyrətli, dost sədaqətli Əli Nəcəfxanlının yubileyi Sumqayıt Poeziya Evində şəhər miqyasında, təntənəli şəkildə qeyd edildi.

Məclisin aparıcısı, Sumqayıt poeziyasının ağsaqqalı, Əli bəylə eyni məhəllədə yaşayan şair Əşrəf Veysəlli isə tədbirdə "tərəfkeşlik" edərək, həm jurnalist, həm də şair kimi qonşusunun özünü və istedadını o qədər təriflədi ki, bir nəfər də... inanmayan olmadı.

Ancaq tədbirə toplaşanlar da gördülər ki, ya kimsə "60" söhbəti ilə onlarla zarafat edib, "aldadıb", ya da Əli bəy özü nədənsə "tələm-tələsik" yaşlıların, uluların sırasına qoşulmaq istəyib. Çünki hamı "əyani" olaraq şahidi oldu ki, bu cavan oğlanın yaşı olsa-olsa, 45-dən bu yanadır ki, o yana deyil. Bunu hətta şəhərimizin loğman-həkimləri - Sumqayıt cərrahiyyəsinin patriarxı, "Şöhrət" ordenli Hacı Cəfər Quliev və şəhərin baş psixiatrı, bütün respublika dəlilərinin "ağlını başına yığan" tibb elmləri namizədi Mail Tağıyev də "bioloji əsaslarla" təsdiq etdilər.

Azərbaycan Milli Məclisinin deputatı, "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, sumqayıtlıların sevimlisi, əsl millət vəkili olan Muxtar Babayev, tanınmış yazıçı, Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin baş katibi, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Elçin Hüseynbəyli, Sumqayıt şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Fərman Kazımov, Sumqayıt Bələdiyyəsinin sədr müavini Musa Həsənov, Əli Kərim adına Poeziya klubunun sədri, Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslı, şairlərdən Ofelya Babayeva, Nisə Qədirova, Zirəddin Qafarlı, Əyyub Qiyas, Asif Asiman, Firdovsi Cəfərxan, sabahın böyük ümidverici gənc şairi Elvin Əlizadə və digərləri də Əli Nəcəfxanlı, onun publisistikası və poeziyası haqqında ürəkdən gələn səmimi, xoş sözlər söylədilər.

Respublikanın Əməkdar Mədəniyyət işçisi, Ahıl Jurnalistlər Məclisinin sədr müavini, şair-publisist Məzahir Süleymanzadə Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun imzaladığı xüsusi diplomu, Mahmud Kaşqarlı Fondunun baş katibi Elxan Zal Qaraxanlı Kaşkari adına mükafatı, AJB-nin Sumqayıt şöbəsinin sədri, şair-publisist Rafiq Oday isə Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlinskinin adından həmkarı Əli Nəcəfxanlıya AJB-nin fəxri diplomunu təqdim etdilər.

H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının aktyorları, Əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov və digərləri Əli Nəcəfxanlının oxucular tərəfindən çox sevilən şeirlərini səsləndirmişlər.

Tədbirdə Əli Nəcəfxanlının çalışdığı "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu, Azərbaycan Yazıçılar Birliyinin Şabran şöbəsinin sədri Aydın Tağıyev, Şabranın X.Şirvani adına Poeziya Evinin direktoru Aybəniz Əliyar, yubilyarın dostlarından Əməkdar jurnalist Eyruz Məmmədov, "Sumqayıtxəbər.com" saytının rəhbəri Eyvaz Qocayev, Yağmur Xəzan və digərləri də iştirak etmişlər.

Dəniz kənarında səfalı bir guşədə ziyafətlə başa çatan maraqlı yubiley tədbiri AJB-nin Sumqayıt şöbəsinin, Sumqayıt Poeziya Evinin təşəbbüsü və Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə təşkil edilmişdi.

 

Rəhman ORXAN.

Fotolar Şakir Rəhmanındır.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR