Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtlı gənclərin "Tənqid-təbliğ" Xalq Teatrı Respublika 3-cüsü oldu

Sumqayıtlı gənclərin "Tənqid-təbliğ" Xalq Teatrı Respublika 3-cüsü oldu

Sumqayıtlı gənclərin "Tənqid-təbliğ" Xalq Teatrı Respublika 3-cüsü oldu

İyunun 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında II Respublika Xalq Teatrları Festivalının yekunlarına həsr olunmuş tədbir keçirilib. Məqsəd xalq teatrlarının dəstəklənməsi, həvəskar yaradıcılıq kollektivlərinin potensialından istifadə edilməsi, əhalinin asudə vaxtının təşkilində rolunun artırılmasıdır.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, Xalq Artisti Vaqif Əsədovun başçılıq etdiyi münsiflər heyəti aprelin 27-dən mayın 31-dək Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, Sumqayıt, Kürdəmir, İsmayıllı, Şəmkir və Masallıda keçirilmiş seçim turunda baxdıqları tamaşalar arasından 15 tamaşanın final mərhələsində iştirakını məqbul bilib. Həmin tamaşalar iyunun 12-də və 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunub.

Mükafatlandırma mərasimində çıxışlardan sonra musiqi sədaları altında qalib aktyorlar və münsiflər heyəti səhnəyə daxil olublar. Sonda qaliblərə diplom, fəxri fərman və xatirə hədiyyələri təqdim edilib.

Sevindirici haldır ki, festivala qatılan 32 teatr kollektivi arasında Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin N.Nərimanov adına Mədəniyyət Mərkəzinin 28 May Diyarşünaslıq evinin "Tənqid-təbliğ" Xalq Teatrı Respublika 3-cülüyünə layiq görülüb.

"Yenisumqayit.az"a bu barədə bilgi verən gənclər Sumqayıtı layiqincə təmsil etdiklərinə görə fəxr etdiklərini bildiriblər.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR