Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirildi

Sumqayıtda idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirildi

Sumqayıtda idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirildi

Sumqayıtda idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirildi

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 1 saylı Uşaq Gənclər İdman Məktəbində şəhər İnzibati İqtisad Məhkəməsinin və Baş İdarənin əməkdaşları, idman ictimaiyyəti nümayəndələrinin iştirakı ilə 18 İyun "Azərbaycanda Milli İnsan Hüquqları Günü”nə həsr edilmiş növbəti görüş keçirilib.

İlk olaraq iştirakçılara insan hüquq və azadlıqları haqqında videoçarx nümayiş olunub.

1 saylı Uşaq Gənclər İdman Məktəbinin direktoru Fuad Aslanov iştirakçıları salamlayaraq "Milli İnsan Hüquqları Günü”nün tarixi əhəmiyyətindən, aylıq çərçivəsində keçirilən görüşlərin əhəmiyyətindən, vətəndaşlarımızın hüquqlarının təmin edilməsi, layiqli həyat şəraitinin, rifah səviyyəsinin artırılması istiqamətində görülən məqsədyönlü işlərdən danışıb.

İnzibati - İqtisad Məhkəməsinin hakimi İsmayıl Quliyev, Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunması və bu tarixin Prezident cənab İlham Əliyevin 17 iyun 2007-ci il tarixli sərəncamı ilə Azərbaycanda "Milli İnsan Hüquqları günü” kimi elan olunması, günümüzdə yeni çağırışların və cəmiyyətimizin inkişafından irəli gələn tələbatların insan hüquqlarının qorunması üzrə görülən tədbirlərin genişləndirilməsi, hüquq-müdafiə mexanizmlərinin təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının, o cümlədən ən kövrək nümayəndələrinin hüquqlarının qorunmasının gücləndirilməsindən danışıblar.

İştirakçılara insan hüquq və azadlıqları haqqında ilkin məlumatları özündə əks etdirən bukletlər paylanılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR