Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt Teatrının kollektivi Rus Dram Teatrının səhnəsində

Sumqayıt Teatrının kollektivi Rus Dram Teatrının səhnəsində

Sumqayıt Teatrının kollektivi Rus Dram Teatrının səhnəsində

SDDT kollektivi 04.07.2017 tarixində Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində "Toy olsun” komediyası ilə çıxış etdi. Xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimovun da iştirakı ilə hazırlanmış "Toy olsun” komediyası Bakı tamaşaçıları tərəfindən maraqla qarşılandı.

İsi Məlikzadə və Süleyman Ələsgərovun birgə yaradıcılıq məhsuluna quruluşu teatrımızın baş rejissoru əməkdar artist Firudin Məhərrəmov verib.Qeyd edək ki teatrımızda müxtəlif yaş qruplarına, zövqlərə xitab edən iki yeni tamaşa hazırlanır. Danimarkalı nasir Hans Xristian Andersenin nağıllarının motivləri əsasında səhnələşdirilən "Şahzadənin ulduzu” tamaşasının quruluşçu rejissoru Vasif Məmmədovdur.

Digər əsər - Türk yazarı Turqut Özakmanın "Ocaq” dramı əməkdar artist Firudin Məhərrəmovun quruluşunda səhnə həlli tapıb. Ailə dramının yaxın günlərdə təhvil verilməsi nəzərdə tutulur və 48-ci mövsümün məhz bu əsərlə yekunlaşdırılması planlaşdırılır.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR