Sumqayıtda hava

Manşet, Cəmiyyət

Tanınmış Özbəkistanlı şairə Sumqayıtın qonağı oldu - FOTOLAR

Tanınmış Özbəkistanlı şairə Sumqayıtın qonağı oldu - FOTOLAR

Özbəkistanlı tanınmış şairə-tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Şaxlo Kasimova Sumqayıtın qonağı olmuşdur.

O, bir müddət əvvəl ruscaya tərcüməsini başa çatdırdığı, Qarabağ hadisələrindən bəhs edən və artıq kitab halında nəşr edilmiş, müəllifinin sumqayıtlı yazıçı Süleyman Hüseynovun olduğu sənədli "And" romanının ilk təqdimat mərasimində iştirak etmişdir.

Bu, Azərbaycanın Özbəkistandakı səfirliyinin və Beynəlxalq "Avrasiya" Mətbuat Fondunun (sədri tanınmış jurnalist Umud Mirzəyevdir) dəstəyi ilə respublikamıza Özbəkistan nümayəndə heyətinin üzvü kimi işgüzar-yaradıcılıq səfərinə dəvət almış Şaxlo Kasimovanın Sumqayıta ikinci gəlişidir. Hörmətli qonağı Sumqayıt Poeziya Evində Əli Kərim adına Poeziya klubunun üzvləri və şəhərimizin ziyalıları hörmətlə qarşılamışlar.

"Dəyirmi stol" arxasında keçən görüşü açan Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslı Şaxlo xanımın son illərdə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin genişləndirilməsində xüsusi rolundan, onun öz doğma dili ilə yanaşı Azərbaycan və rus dillərini də sərbəst öyrənərək, mükəmməl bilməsindən, müntəzəm olaraq respublikamızın şair və yazıçılarının əsərlərini özbək və rus dillərinə tərcümə edərək, Özbəkistanın qəzet və jurnallarında, həmçinin ayrıca almanax şəklində çap edilməsi sahəsində xidmətlərindən söhbət açmışdır.

Qeyd edilmişdir ki, sumqayıtlı şair Süleyman Hüseynovun Qarabağ hadisələri ilə bağlı yazdığı sənədli romanı da rus dilinə məhz Şaxlo xanım tərəfindən ustalıqla tərcümə edilmidir. Şairlərdən Əkbər Qoşalı, Əli Nəcəfxanlı, Almaz Bəyazid, Azərbaycanın Əməkdar jurnalisti Eyruz Məmmədov, tanınmış jurnalistlər - Zümrüd Baloğlanova, aprel şəhidləri haqqında kitabın müəllifi Aida Eyvazlı, kitabın redaktoru Suliko Daqarquliya, S.Vurğun adına Mərkəzi Sumqayıt kitabxanasının direktoru Yeganə Əhmədova, romanın müəllifi Süleyman Hüseynov və digərləri Şaxlo xanımın əsəri rus dilinə mükəmməl, orijinala yaxın, əsl peşəkarlıqla tərcümə etməsindən söhbət açmışlar.

İbrahim İlyaslı bildirmişdir ki, müasir Azərbaycan ədəbiyyatının təbliği, o cümlədən Sumqayıtda yazıb-yaradan şair və yazıçıların əsərlərinin özbək və rus dillərinə tərcüməsi sahəsində yorulmaz fəaliyyəti yüksək dəyərləndirilərək, hələ ötən il Şaxlo Kasimova Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilmişdir. AJB-nin sədri, görkəmli Azərbaycan yazıçısı Anarın təsdiq etdiyi fəxri üzvlük sənədini hörmətli qonağa tədbir iştirakçılarının alqışları altında şair Əkbər Qoşalı təqdim etmişdir. Özbək qonağımız onun əməyinin bu cür yüksək dəyərləndirilməsinə, ikinci vətəni hesab etdiyi Odlar Yurdunda, o cümlədən Azərbaycanın gözəl bir guşəsi olan Sumqayıtda ona göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirmişdir.

Görüşdən xatirə şəkilləri çəkildikdən sonra Şaxlo xanım sumqayıtlı dostlarının müşayiəti ilə şəhəri piyada gəzmiş, şəhərin görməli yerləri, o cümlədən Özbəkistanın çıxışının olmadığı Xəzərin sahilinə gələrək, son aylarda şəhərimizin ən gözəl istirahət mərkəzi kimi yeni yaradılmış Sumqayıt bulvarı ilə heyranlıqla tanış olmuşdur.

Rəhman ORXAN

Yenisumqayit.az

 

Tanınmış Özbəkistanlı şairə Sumqayıtın qonağı oldu - FOTOLAR

Tanınmış Özbəkistanlı şairə Sumqayıtın qonağı oldu - FOTOLAR

Tanınmış Özbəkistanlı şairə Sumqayıtın qonağı oldu - FOTOLAR

Tanınmış Özbəkistanlı şairə Sumqayıtın qonağı oldu - FOTOLAR

Tanınmış Özbəkistanlı şairə Sumqayıtın qonağı oldu - FOTOLAR

Tanınmış Özbəkistanlı şairə Sumqayıtın qonağı oldu - FOTOLAR

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR