Sumqayıtda hava

Elan

Sumqayıtda VAKANSİYA - Böyük mexanik

Sumqayıtda VAKANSİYA - Böyük mexanik

İdentifikasiya nömrəsi 13449
Vakansiyanın adı Böyük mexanik
Vakansiyanın elan tarixi 28.07.2017
Son müraciət tarixi 02.08.2017
Müəssisənin adı Karbamid Zavodu
Ödəniş növü Vəzifə maaş
Əməyin ödənilmə dərəcəsi 14 - 15
Vəzifə maaşının məbləği 1148AZN - 1378AZN
Əlavə ödənişlər yoxdur
İş yerinin ünvanı Sumqayıt şəhər, Səməd Vurğun küçəsi,86
İş vaxtının norması NORM40/5
Əmək şəraiti Normal
Təhsil İstiqaməti Sahə üzrə  
Tələb olunan minimum təhsil səviyyəsi Bakalavr
Tələb olunan əmək fəaliyyəti Sahə üzrə - 3 ildən yuxarı; 
Tələb olunan kompüter bilik səviyyəsi MS Outlook - yaxşı; Excell - yaxşı; Word - yaxşı; MS Power Point - yaxşı;
Tələb olunan xarici dil bilik səviyyəsi İngilis - yaxşı;
Vakansiya tələbinə uyğun təlimlər tələb olunmur
Vəzifə(peşə) funksiyaları •Mexaniki xidmət sahəsi üzrə avadanlıqların PXT qrafikinə əsasən təmirə verilməsi, istismara qəbul edilməsi sənədləşdirilməsini həyata keçirmək;
•PXT haqqında illik və aylıq qrafiklərin, əsaslı təmir üçün tərtib olunmuş qüsurlar cədvəllərinin, avadanlıqların təmirə verilməsi və təmirdən qəbulu aktlarının və digər normativ sənədlərin düzgün tərtib edilməsinə nəzarət etmək;
•Zavodun sahələrində istismar olunan avadanlıqlara, tələb olunan ehtiyyat hissələrinə, armaturlara və digər köməkçi vasitələrə olan tələbatı müəyyənləşdirib, sifariş verilməsi işlərini həyata keçirmək;
•Təmir işlərində istifadə olunan alət, dəzgah, maşın, mexanizm və digər vasitələrin saz vəziyyətdə olmasına, onlardan düzgün və təyinatı üzrə istifadə edilməsinə, onlarda vaxtlı-vaxtında texniki baxış, təmir və sınaq işlərinin aparılmasına və sənədləşdirilməsinə nəzarət etmək;
•Avadanlığın işində ciddi nasazlıq olduqda və onun belə vəziyyətdə istismarı qəza və işçilərin həyat və sağlamlığı üçün təhlükə yaratdıqda müvafiq tədbirlərin görülməsinə nəzarət etmək;
•Zavodun təmirə dayanması zamanı görüləcək işlərin planlaşdırılmasında, qüsurlar cədvəlinin hazırlanmasında iştirak etmək;
•Avadanlığın təmiri və təmir-istismar məqsədləri üçün material sərfi haqqında normativ materialları, təmir smetasını hazırlamaq; 
•Avadanlıqlardan istifadə göstəricilərini ümumiləşdirib sistemləşdirmək;
•Təsdiq olunmuş qrafiklərə uyğun olaraq avadanlıqların, qaz məhsulu boru kəmərlərinin, bina və tikililərinin təftişini aparmaq;
•Müəyyən olunmuş forma və göstəricilər üzrə hesabatları tərtib etmək. 
Bilməlidir •Texniki Təhlükəsizlik haqqında Azərbaycan Respublikasının qanunlarınıı;
•Avadanlıqların texniki və konstruktiv xüsusiyyətlərini, təyinatını, iş rejimini və onların texniki istismar qaydalarını;
•İstehsalatın texnologiyasını;
•Avadanlıqların təmiri və xidməti üzrə normativ və metodiki materialları;
•Təmir işlərinin və texniki xidmətin təşkili qaydalarını;
•Təmir işlərinin planlaşdırılmasının qayda və metodlarını;
•Əməyin mühafizəsi, təhlükəsizlik texnikası,istehsalat sanitariyası, ilk tibbi yardım və yanğından mühafizə qayda və normalarını.
Tələb olunan digər bilik və bacarıqlar tələb olunmur
Son müraciət tarixi 02.08.2017





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR