Sumqayıtda hava

Elan

Sumqayıt Texnologiyalar Parkı işçi axtarır - VAKANSİYA

Sumqayıt Texnologiyalar Parkı işçi axtarır - VAKANSİYA

Sumqayıt Texnologiyalar Parkı MMC satış təmsilçisi vəzifəsinə işçi axtarır.

Fins.az-ın məlumatına görə, ali təhsilli, sürücülük vəsiqəsi və şəxsi avtomobili olan, analoji sahədə ən azı 2 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi avqust ayının 31-dir.

Vəzifə öhdəlikləri:

• Aktiv müştəri bazasının artırılması

• Gündəlik marşrut üzrə satış nöqtələrinin ziyarəti

• Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişlərin həyata keçirməsinə nəzarət• Malların standartlarına uyğun olaraq yerləşdirilməsi

• Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların təqdim edilməsi

• Yeni məhsulları tanıtmaq

• Məhsulların tənzimlənməsi və varlığının yoxlanması

• Bakı şəhəri və bölgələri üzrə müştərilər ilə əlaqənin qurulması, məhsulların təqdimatı

• Mövcud müştərilərə əlaqələrin qorunub saxlanması və sifarişlərin qəbulu

Təhsil/Təcrübə:

• Ali təhsilli olmalı

• Sürücülük vəsiqəsinə və şəxsi avtomobilə malik olmalı

• Bakı şəhərini və rayonları yaxşı tanımalı

• Analoji sahədə ən azı 2 il iş təcrübəsi olmalı

• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilməli

• Azərbaycan dilində sərbəst danışmalı, Rus və İngilis dillərini sənədləşmə səviyyəsində bilməli

• Yüksək səviyyədə ünsiyyət qurabilmə qabiliyyətinə malik olmalı

• İşgüzar və məsuliyyətli olmalı

Əlavə məlumatlar:

• Maaş: razılaşma əsasında + satışdan faiz

• Əlavə olaraq yanacaq və avtomobilin amortizasiya xərcləri habelə şirkət tərəfindən naharla və korporativ nömrə ilə təmin edilmə

E-mail: info@stp.az

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR