Sumqayıtda hava

Elan

SUMQAYITDA İŞ VAR - Təmirçi çilingər

SUMQAYITDA İŞ VAR - Təmirçi çilingər


Vakansiyanın adı Təmirçi çilingər (Sumqayıt şəhəri)
Vakansiyanın elan tarixi 21.08.2017
Son müraciət tarixi 25.08.2017
Müəssisənin adı Karbamid Zavodu
Ödəniş növü Saatlıq maaş
Əməyin ödənilmə dərəcəsi 5 - 6
Vəzifə maaşının məbləği 2.74AZN - 3.05AZN
Əlavə ödənişlər
İş yerinin ünvanı Sumqayıt şəhər, Səməd Vurğun küçəsi,86
İş vaxtının norması NORM40/5
Əmək şəraiti Normal
Təhsil İstiqaməti Ümumi  
Tələb olunan minimum təhsil səviyyəsi Orta
Tələb olunan əmək fəaliyyəti Sahə üzrə - 2 ildən yuxarı; 
Tələb olunan kompüter bilik səviyyəsi
Tələb olunan xarici dil bilik səviyyəsi
Vakansiya tələbinə uyğun təlimlər
Vəzifə(peşə) funksiyaları •Detalların 6-7-ci kvalitetlər (1-2-ci dəqiqlik dərəcələri) üzrə çilingər emalı işlərini yerinə yetirmək;
•Boru xətti aqreqatlarının və armaturlarının quraşdırılması, dəyişdirilməsi işlərini görmək;
•Zavod üzrə bütün bolt-qayka, sancaq, pərçim və fittinq birləşmələrini yığmaq və sökmək;
•Detalların yuyulması, təmizlənməsi, yağlanması, cilalama işlərini yerinə yetirmək;
•Gərgin və kip oturtma şəraitində qovşaq və avadanlığı sökmək, təmir etmək və yığmaq;
•Avadanlıqları istismar və təmir prosesində yoxlamaq, qüsurları aşkar etmək və aradan qaldırmaq;
•Təmir olunmuş avadanlıqları dəqiqliyə yoxlamaq və yük altında sınamaq;
•Yerdən idarə olunan sadə yükqaldırıcı vasitələrin və mexanizmlərin köməyi ilə yükləri bir yerdən başqa yerə keçirdikdə takelaj işlərini yerinə yetirmək.
Bilməlidir •Təmir olunan avadanlığın quruluşunu, avadanlığın, aqreqat və maşınların sökülməsi, təmir və yığılmasında texnoloji ardıcıllığını;
•Boru və boru birləşmələrinin, boru armaturlarının yığılma və sökülməsini;
•İstifadə olunacaq ehtiyyat hissələrinin seçilməsini və onların təkrar istifadəyə yararlılıq dərəcəsini müəyyən edilməsini;
•Təmir edilən avadanlıgın, aqreqat və maşının konstruktiv xüsusiyyətlərini, təmir edilmiş avadanlığın təmir, yığma, quraşdırma, dəqiqliyə yoxlama və sınanma metodlarını;
•Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ilk tibbi yardım,istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.


Tələb olunan digər bilik və bacarıqlar
Son müraciət tarixi 25.08.2017
careers.socar.az/VacView?Vid=13578





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR