Sumqayıtda hava

Manşet, Elan

“Sumqayıt Gənclər Evi”ndən könüllülük müsabiqəsi - ŞƏRTLƏR

“Sumqayıt Gənclər Evi”ndən könüllülük müsabiqəsi - ŞƏRTLƏR

Əziz Gənclər !!!

"Sumqayıt Gənclər Evi” könüllülük müsabiqəsi elan edir.

Müsabiqənin məqsədi - gənclərin asudə vaxtlarının səmərəli təşkili, təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsinə şəraitin yaradılması, sosial fəaliyyətlərinin artırılması, bilik və yaradıcılıq potensiallarının üzə çıxarılması, könüllülük hərəkatına dəstək olmaqdır. Könüllülər həmçinin "Sumqayıt Gənclər Evi”ndə keçirilən seminar, təlim, kompyuter kursları, ingilis və rus dillərində danışıq klublarında, intelektual oyunlar, tur gəzintiləri, bayram tədbirləri, flaşmoblarda iştirak edəcəklər.

Müsabiqə 2 istiqamət üzrə keçirilir və yaş həddi 14 - 29 dur.

1. Təşkilatı işlər

2. Müəllim köməkçisi

Qeyd: Müəllim köməkçisi istiqamətində müraciət edəcək könüllülərin pedaqoji təhsili olması zəruridir.

Könüllülük xidməti təşkilatı işlər üzrə 3 ay, müəllim köməkçisi kimi isə 4 ay müddətinə nəzərdə tutulub. Könülllülük fəaliyyətinin sonunda iştirakçılara Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin fəaliyyətlər üzrə ”Könüllülük Sertifikatı” təqdim ediləcək.

Müraciət etmək istəyənlər 28 oktyabr 2017-cı il tarixinə qədər CV-lərini genclerevi.sumgait@mail.ru elektron ünvanına göndərə və ya Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinə, Gənclər Evi-nə şəxsən təqdim edə bilərlər.

Əlaqə nömrələri: 050 862 01 80, 055 887 42 52, 018 655 47 32

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR