Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt Dövlət Dram Teatrı yeni teatr mövsümünü yeni tamaşa ilə açdı

Sumqayıt Dövlət Dram Teatrı yeni teatr mövsümünü yeni tamaşa ilə açdı

Müxtəlif janrlarda uğurlu tamaşalar hazırlayan Sumqayıt Dövlət Dram Teatrı 27.09.2017 tarixində qırx doqquzuncu teatr mövsümünü yeni tamaşa ilə açdı. İlk olaraq teatrın direktoru əməkdar mədəniyyət işçisi İslam Həsənov, daha sonra teatrın baş rejissoru əməkdar artist Firudin Məhərrəmov, əməkdar artist Namis Şirməmmədov çıxış etdi.

Ardınca tamaşa təqdim olundu. (Turgut Özakman) "Ocaq” psixoloji dramı əməkdar artist Firudin Məhərrəmovun yozumunda səhnə həlli tapıb. Bir ailənin iztirab və təbəddülatları konteksində cəmiyyətin müxtəlif sosial və yaş kateqoriyalarının baxış bucağı mükəmməl şəkildə açılır. Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılandı.

Tamaşada rol alan əməkdar artistlər Növrəstə Həşimova, Fəranə Musayeva, İzaməddin Bağırov, Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiev, Xatirə Süleymanova, Sədaqət Nuriyeva, Habil Xanlarov, Şəhla Məmmədova, İlahə Səfərova, Şəmistan Süleymanlı və Amil Babayev psixoloji nüansları məharətlə ifa etdi.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 

KATEQORIYALAR