Sumqayıtda hava

Manşet, İqtisadiyyat

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Sumqayıtda - FOTOLAR

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Sumqayıtda - FOTOLAR

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Sumqayıtda - FOTOLAR

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Sumqayıtda - FOTOLAR

Sentyabrın 21-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Sumqayıt şəhərində olmuş, şirkətin bir sıra obyektlərinə baş çəkmişdir. SOCAR-ın Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən "Yenisumqayit.az"a bildirilib ki, R.Abdullayev öncə Sumqayıt Kimya Sənaye parkında "SOCAR-Polimer” layihəsi çərçivəsində tikilən Polipropilen və yüksək sıxlıqlı Polietilen qurğularında aparılan tikinti işlərinin gedişatı ilə tanış olmuşdur.

Sonra "Azərikimya” İB-nin "Etilen-polietilen” zavoduna gələrək Polimer İstehsalatında inzibati və məişət binasının açılışında iştirak etmişdir. BMT-nin İnkişaf Proqramının resident nümayəndəsi Ghulam İsaczai, NAMA layihəsinin meneceri Nazim Məmmədov və digər məsul şəxslərin də da iştirak etdiyi açılış mərasimində Etilen-polietilen zavodunun direktoru Oqtay Niftəliyev məlumat verərək bildirmişdir ki, 2016-cı ildən etibarən Polietilen istehsalatının inzibati binasının yeni layihə əsasında əsaslı təmirinə başlanılmışdır. Binanın təmiri, isitmə sisteminin quraşdırılması SOCAR və BMT-nin Bakı ofisinin birgə layihəsi əsasında həyata keçirilib. Fasadın üzlənməsi zamanı enerji resusrlarına qənaət olunması məqsədilə xüsusi izolyasiya materiallarından istifadə olunub. Binanın daxili işıqlanmasının təmin olunması üçün gücü 10 Kvt/saat olan günəş panelləri quraşdırılıb. İnzibati binanın istifadəyə verilməsi ilə ümumilikdə 457 nəfər işçinin iş və məişət şəraiti müasir tələblərə cavab verəcək şəkildə yaxşılaşdırılmışdır.

SOCAR prezidenti sonra Etilen-polietilen zavodunun Mexaniki emal sahəsinin əsaslı təmir və yenidənqurma işlərindən sonra istismara verilməsi mərasimində iştirak etmişdir. Məlumat verilmişdir ki, qurğu və avadanlıqların fiziki və mənəvi cəhətdən köhnəldiyi, əməkçilərin iş və məişət şəraitinin qənaətbəxş olmaması nəzərə alınaraq Mexaniki emal sahəsində ötən ilin sonlarından başlayaraq əsaslı təmir və yenidənqurma işlərinə start verilmişdir. Aparılan təmir işlərinin həcmi 3700 m2-dən artıq olmuşdur. Bütün mövcud avadanlıqlar yenilənmiş, sıradan çıxanlar yeniləri ilə əvəz edilmiş, sahənin 67500 m2 ərazisində abadlıq işləri aparılmışdır.

R.Abdullayev həmçinin Sənaye və məişət tullantı sularının təmizlənməsi üçün tikilmiş yeni qurğunun açılışında da iştirak etmişdir. Etilen-polietilen zavodunun direktoru Oqtay Niftəliyev məlumat verərək bildirmişdir ki, ötən ilin noyabr ayında qurğunun tikinti işlərinə start verilmişdir. Ümumi sahəsi 2 ha ərazini əhatə edən qurğuda "Azərikimya” İB-nin struktur bölmələrində əmələ gələn sənaye və məişət tullantı suları ilə yanaşı, Sumqayıt Kimya Sənaye Parkında bir neçə istehsalçının fəaliyyəti zamanı formalaşacaq tullantı sularının da təmizlənməsi həyata keçiriləcək.

Daha sonra R.Abdullayev Etilen-polietilen zavodunda aparılan əsaslı təmir və modernizasiya işlərinin gedişi ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, zavodda avqustun 10-dan başlanılan əsaslı təmir işləri 20 sentyabr Neftçilərin peşə bayramı günü ərəfəsində uğurla yekunlaşmışdır. Həmçinin bildirilmişdir ki, Etilen-

polietilen zavodunda icrasına start verilmiş və 2019-cu ilə qədər mərhələli şəkildə həyata keçiriləcək layihələr çərçivəsində mövcud texnoloji qurğuların modernləşdirilməsi, yeni qurğular və yardımçı sahələrinin inşası işləri davam etdirilir.

Kimyaçılarla görüşüb-söhbət edən R.Abdullayev onları Neftçilərin peşə bayramı günü münasibətilə təbrik etmiş, işlərində uğurlar arzulamışdır.

Sonda Rövnəq Abdullayev "Azərikimya” İB-nin "Etilen-polietilen” zavodunun balansında olan Üzeyir Hacıbəyov adına "Kimyaçı” Mədəniyyət Sarayına gələrək, aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, "Kimyaçı” Mədəniyyət Sarayı üç mərtəbədən ibarətdir, 6400 m2-lik sahəyə malik birinci mərtəbdə 800 nəfərlik konsert zalı, inzibati və texniki otaqlar, digər mərtəbələrdə 270 m2-lik rəqs zalı, həmçinin müxtəlif dərnəklərin, tədris və kursların yerləşdiyi otaqlar əsaslı təmir olunmuş, ərazidə geniş abadlıq və quruculuq işləri aparılmışdır.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR