Sumqayıtda hava

Manşet, Elan

NHN üzrə Sumqayıt şəhər Birinciliyi keçiriləcək - QEYDİYYAT

NHN üzrə Sumqayıt şəhər Birinciliyi keçiriləcək - QEYDİYYAT

Diqqət!!! Əziz Sumqayıtlı Gənclər! Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi 14 oktyabr 2017-ci il tarixində saat 10:00-da Gənclər Evində "18 Oktyabr - Dövlət Müstəqilliyi günü”nə həsr edilmiş "Nə? Harada? Nə zaman?" Oyunu üzrə şəhər birinciliyi keçirəcəkdir. Yarışda I, II, III yerləri tutan komandalar Baş İdarənin fəxri fərman, medal və hədiyyələri ilə təltif olunacaq, qalib komanda isə "Azərbaycanın İntellektual Birincisi” Çempionatına vəsiqəni təmin edəcəkdir. Çempionatın final mərhələsi Bakı şəhərində təşkil olunacaq. İştirak etmək istəyənlər 6 nəfərdən ibarət komandanı formalaşdırmalı, 13 oktyabr 2017-ci il saat 18.00-dək aşağıdakı keçidə daxil olmalı, elektron Sifariş vərəqini dolduraraq qeydiyyatdan keçməli və ya Baş İdarəyə yaxınlaşaraq Sifariş vərəqini təqdim etməlidirlər.

docs.google.com/…/1FAIpQLScQQeVwutEz1p4ILVgojAQKwO…/viewform

QEYD: Qeydiyyatdan ancaq Sumqayıt şəhər qeydiyyatı olan və 16-23 yaşarası gənclər keçməlidirlər. Əlaqə vasitələri: (018) 655 47 32, 655 31 50 Mobil: 055 896 78 01, 055 887 42 52 e-mail: sumqayit_genc@mail.ru

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR