Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda “İnternet təhlükəsizliyi, marketinq və bloqçuluq” təlimi keçirilib

Sumqayıtda “İnternet təhlükəsizliyi, marketinq və bloqçuluq” təlimi keçirilib

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gənclər Evində ictimai-fəal gənc, internet təhlükəsizlik və internet biznes mövzuları üzrə təlimçi və veb devoloper, qrafik dizayner Eldar Müzəffərov tərəfindən "İnternet təhlükəsizliyi, marketinq və bloqçuluq” mövzusunda təlim verilib. Təlimin keçirilməsində məqsəd gəncləri internetdən təhlükəsiz istifadənin yolları, şəxsi toxunulmazlıq hüququnun pozulması və bu pozuntulardan qorunmağın yolları, internet marketinq və bloqçuluq, internet biznesin və bloqçuluğun faydaları barəsində bilikləndirmək, şəbəkələrdən səmərəli istifadə qaydalarını aşılamaqdan ibarətdir.

E.Müzəffərov internet, sosial media, informasiya-kommunikasiya texnologiyaları sahəsində bilik və bacarıqların artırılması, internet jurnalistikası, bloqçuluq və sosial şəbəkələrdən səmərəli istifadə ilə bağlı ətraflı məlumatlar verib.

Təlimdə maraqlı müzakirələr aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR