Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt Dövlət Universitetinin prorektoru Rusiya Təbii Elmlər Akademiyasının həqiqi üzvü seçildi

Sumqayıt Dövlət Universitetinin prorektoru Rusiya Təbii Elmlər Akademiyasının həqiqi üzvü seçildi

Sumqayıt Dövlət Universitetinin inkişafında xüsusi xidmətləri olan dilşünas alim, Elm və İnnovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov Rusiya Təbii Elmlər Akademiyasının (Alimlərin, müəllimlərin və mütəxəssislərinin Beynəlxalq Assosiasiyası) həqiqi üzvü seçilib.

Müxtəlif illərdə respublika, ittifaq və xarici ölkə səviyyəli tərifnamələrlə, fəxri fərmanlarla, 1965-ci ildə "XX let Pobedı v Velikoy Oteçestvennoy voyne” Yubiley medalı ilə, 1984-cü ildə Əfqanıstan Respublikasının "Eftexor” ordeni ilə, 2012-ci ildə "Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi Döş nişanı” ilə təltif olunmuşdur. Həyatının mənalı illərini Sumqayıt Dövlət Universitetinin, ölkənin kadr potensialının inkişafına, iqtisadi potensialın intellekt kapitalına çevrilməsinə həsr edən professor Ramazan Məmmədov 2016-cı ildə Rusiya Təbii Elmlər Akademiyasının müxbir üzvü seçilib.

1-5 oktyabr 2017-ci il tarixlərində Rusiya Federasiyasının Soçi şəhərində Təbii Elmlər Akademiyasının elmi tədbirləri keçirilib. Həmin tədbirlərdə Rusiya, Türkiyə, Azərbaycan, Qazaxıstan, Ukrayna, Tacikistan, Qırğıstan, Özbəkistan, Gürcüstan və digər ölkələrin 120-dən artıq şəhərlərindən 150-dən çox alim iştirak edib. "Ali məktəb elminin inkişaf perspektivləri” mövzusunda keçirilən Beynəlxalq elmi konfransda R.Məmmədov məruzə ilə çıxış edib. Oktyabrın 4-də Akademiyanın Payız sessiyasında R.Məmmədov yekdil səslə Rusiya Təbii Elmləri Akademiyasının həqiqi üzvü seçilib.

R.Məmmədov Azərbaycan və rus dillərini müqayisəli tədqiq edir. 1978-ci ildə namizədlik, 2009-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycan, rus, ingilis dillərində 150-dən artıq elmi, elmi metodik və publisistik əsəri, o cümlədən 8 monoqrafiyası və dərs vəsaiti nəşr olunub. Onu da qeyd edək ki, R.Məmmədovun elmi maraq dairəsi dilçiliklə məhdudlaşmır. O, 1962-ci ildən sakini olduğu Sumqayıt şəhərinin vurğunudur. Ömrünün 27 ilini doğma şəhərində 1988-ci ilin fevralında erməni və ermənipərəst millətçi-separatçı qüvvələr tərəfindən törədilmiş kütləvi iğtişaşların elmi-sosioloji tədqiqinə, bu faciəvi hadisələrin Azərbaycan-Ermənistan Dağlıq Qarabağ qarşıdurumu ilə bağlılığı probleminin araşdırılmasına həsr edib. Problemə həsr edilmiş və Azərbaycan, rus, ingilis, ispan dillərində nəşr olunmuş bir sıra silsilə məqalələrin, konfrans materiallarının və 7 monoqrafiyanın müəllifidir.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR