Sumqayıtda hava

Manşet, Cəmiyyət

Cüdo üzrə Sumqayıt şəhər birinciliyinə yekun vuruldu

Cüdo üzrə Sumqayıt şəhər birinciliyinə yekun vuruldu

14-15 oktyabr tarixlərində M.Hüseynzadə adına şəhər stadionunda "18 Oktyabr - Müstəqillik günü”nə həsr olunmuş 2001-2003 - cü il təvəllüdlü oğlan və qızlar arasında şəhər birinciliyinə yekun vurulub. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Nicat Ağazadə (-46kq), Fərid Niftəliyev (-50kq), Orxan Cavadlı (-55kq), Məhəmməd Rüstəmli (-60kq), İsif Yusifli (-66kq), Kamran Novruzov (-73kq), Ruslan Səfixanov (-81kq), Orxan Muradzadə (-90kq), Toğrul Salmanov (+90kq) oğlanlar arasında, Aysel Adilova (40 kq), Səbinə Əliyeva (-44kq), Şahnaz Əsgərova (-48kq), Əfsanə Daanova (-52kq), Ayişə Hüseynova (-57kq), Fidan Nurəliyeva (-63kq) və Elnarə Rəşidova (+70kq) isə qızlar arasında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyələri ilə təltif olunub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR