Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda “Cocuq Mərcanlıdan Qarabağa” adlı rəsm-sərgi müsabiqəsi keçirildi

Sumqayıtda “Cocuq Mərcanlıdan Qarabağa” adlı rəsm-sərgi müsabiqəsi keçirildi

Oktyabrın 10-da Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və "Nigart” rəsm dərnəyinin birgə təşkilatçılığı ilə Gənclər Evində 18 oktyabr - Dövlət Müstəqilliyi gününə həsr edilmiş "Cocuq Mərcanlıdan Qarabağa” adlı rəsm-sərgi müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının prioritet istiqamətləri üzrə gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması və dəstəklənməsi, onlarla işin effektiv və ünvanlı qurulması kimi məsələlərin icrası olub.

Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov çıxış edərək Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə aprel döyüşlərində Azərbaycan Ordusunun ermənilərin cəbhə xətindəki təxribatlarının qarşısını layiqincə alaraq onlara sarsıdıcı zərbə vurduğunu, Füzuli və Tərtər istiqamətlərində düşmənin işğalda sağladığı ərazilərimizin azad olunduğunu, düşmənin hərbi birləşmələrinin geri otuzdurularaq bir sıra strateji yüksəkliklərin ermənilərdən təmizləndiyini qeyd etmişdir. Vurğulandı ki, Prezident cənab İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə təmas xəttinə gedərək cəbhəboyu zonada vəziyyətlə yerində tanış olması, Cocuq Mərcanlı və digər yerlərin bərpası ilə bağlı sərəncamı, Azərbaycanın ərazi bütövlüyünün çox yaxın zamanda tam bərpa ediləcəyinə xalqımızda əminlik hissi yaradır.

C.Hüseynov əlamətdar bayram münasibətilə iştirakçıları təbrik edərək 1991-ci ildə Müstəqilliyimiz haqqında sənədin qəbul olunduğu illərdə ölkəmiz xeyli çətinliklərlə üzləşdiyini, lakin 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin vətən sevgisi, zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı müstəqilliyimizi əbədi və dönməz etdiyini vurğuladı. Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz fəaliyyəti günümüzdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.

Daha sonra sərgidə nümayiş olunan rəsm işlərinə baxış keçirilmiş, müsabiqədə qalib seçilmiş iştirakçılara fəxri fərman və hədiyyələr təqdim edilib.

"Yenisumqayit.az"

Sumqayıtda “Cocuq Mərcanlıdan Qarabağa” adlı rəsm-sərgi müsabiqəsi keçirildi

Sumqayıtda “Cocuq Mərcanlıdan Qarabağa” adlı rəsm-sərgi müsabiqəsi keçirildi

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR