Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt havasında azot 4 oksidin qatılığı normadan 1.5 dəfə artıqdır

Sumqayıt havasında azot 4 oksidin qatılığı normadan 1.5 dəfə artıqdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin laboratoriyalarında аtmоsfеr hаvаsından, torpaqdan və sudan götürülmüş nümunələr üzərində analizlər aparılıb, həmçinin Respublikanın hava hövzəsində rаdiоакtiv çirкlənmə üzrə müşаhidələr keçirilib.

Nazirlikdən verilən bilgiyə görə, oktyabrın 16-da atmosfer havasının çirklənməsinin monitorinqi zamanı Sumqayıt şəhərində əsas çirkləndiricilərdən olan azot 4-oksid birdəfəlik maksimal qatılığının 1.5 dəfə yol verilən qatılıq həddini keçdiyi məlum olub. Bakı, Mingəçevir, Gəncə, Şəki və Naxçıvan şəhərlərində isə atmosfer havasında çirkləndirici maddələrin miqdarı sanitar norma daxilində olub.

Ətraf mühitin radiasiya fonu üzrə müşahidələr Respublikanın bütün bölgələrində gün ərzində 3 dəfə olmaqla (09:00, 15:00, 18:00 saatlarında) və 6 transsərhəd ərazidə (Astara, Beyləqan, Sədərək-Naxçıvan MR, Ağstafa, Quba rayonları və Pirallahı adası-Bakı) fəaliyyət göstərən tam avtomatlaşdırılmış onlayn erkən radioloji xəbərdarlıq monitorinq nəzarəti sistemi vasitəsilə fasiləsiz olaraq aparılıb. Belə ki, Bakı-Abşeron bölgəsində təbii radiasiya fonu payız fəsli üçün 5-19 mkR/saat - faktiki radiasiya şəraiti 8-10 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR