Sumqayıtda hava

Siyasət

Merkel Qarabağ münaqişəsində Rusiyanı qınadı

Merkel Qarabağ münaqişəsində Rusiyanı qınadı


Yanvarın 21-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Kansleri Angela Merkelin mətbuat konfransı olub.

Kansler Angela Merkel və Prezident İlham Əliyev əvvəlcə bəyanatlarla çıxış ediblər.

Bəyanatlarda siyasi-iqtisadi əlaqələr, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ukraynadakı vəziyyət, Azərbaycanda insan hüquqlarının durumu, regionda baş verən geosiyasi vəziyyət və s. məsələlər öz əksini tapıb.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

AzərTAc-ın Almaniya üzrə xüsusi müxbiri Vüqar Seyidovun xanım Merkelə ünvanladığı "Xanım Merkel, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 20 ildən artıqdır ki, davam edir. Cənab Prezident qeyd etdiyi kimi, Azərbaycanın işğal olunmuş ərazilərindən erməni işğalçı qüvvələrinin qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə, eləcə də digər mühüm beynəlxalq təşkilatlar tərəfindən müvafiq qərarlar qəbul edilib. Lakin Ermənistan bu günədək bu qətnamə və qərarlara məhəl qoymayaraq Azərbaycan torpaqlarının işğalını davam etdirir. Dünyada belə hallarda ölkələrə qarşı sanksiyalar tətbiq edilir. Amma Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmayıb. Bu, ikili standartların təzahürü deyilmi?" sualına Kansler Angela Merkel belə cavab verib:

- Biz Dağlıq Qarabağ mövzusu haqqında danışdıq. Mən bunu qeyd etdim. Bildiyiniz kimi, biz ATƏT-in Minsk qrupunun üzvüyük. Fransa, Rusiya və Amerika onun həmsədrləridir və biz bu kontekstdə aparılan danışıqları dəstəkləyirik. Biz görürük ki, cənab Prezident Əliyev ermənistanlı həmkarı ilə görüşür, söhbətlər və danışıqlar aparır. Düşünürük ki, bu münaqişə ilə əlaqədar yalnız bir yol var - sülh yolu. Təbii ki, atəşkəsin tez-tez pozulması xoşagəlməz haldır.
Mən düşünürəm ki, Rusiya bu məqamda müəyyən rol oynayır. Mən sadəcə olaraq bunu qeyd etmək istərdim. Düşünürəm ki, Rusiya və Ermənistan bu münaqişə ilə əlaqədar müəyyən amilləri birgə həyata keçirirlər.

Merkel Qarabağ münaqişəsində Rusiyanı qınadı

Merkel Qarabağ münaqişəsində Rusiyanı qınadı

Merkel Qarabağ münaqişəsində Rusiyanı qınadı





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

KATEQORIYALAR