Sumqayıtda hava

Cəmiyyət

Qazaxda milli-vətənpərvərlik mövzusuna həsr olunmuş tədbir keçirilib

Qazaxda milli-vətənpərvərlik mövzusuna həsr olunmuş tədbir keçirilib

Xalqın dayaq olduğu qüdrətli ordumuz var.

Müharibəyə cəlb edilmiş bir ölkədə bu gün hərbi vətənpərvərlik hisslərinin inkişaf etdirilməsinə və düzgün aşılanmasına daha çox ehtiyac var. Ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər cəmiyyətdə milli-mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişafına təkan verir. Bununla əlaqədar Qazax rayonunda milli-vətənpərvərlik mövzusuna həsr olunmuş tədbir keçirilib.

Respublikamızda ilk dəfə olaraq Müdafiə Nazirliyi və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Ordumuz-qürurumuz, Xalqımız-dayağımız” devizi altında keçirilən kütləvi vətənpərvərlik bayramında Məclisinin deputatları - Ülviyyə Ağayeva, Xanhüseyn Kazımlı, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov və 10 mindən çox rayon sakini iştirak edib.

Tədbir iştirakçıları Şəhidlər Xiyabanına və Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirələrini yad ediblər.

Tədbirin aparıcısı, Müdafiə Nazirinin müşaviri Abdulla Qurbani keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək düşmənlə 168 km məsafədə yerləşən Qazax rayonunun 7 kəndinin bu gün də erməni işğalçılarının tapdağı altında olmasından, 5 kəndə isə düşmən tərəfindən mütəmadi olaraq atəş açılmasından danışıb. Müharibədə rayonun 283 şəhid verdiyini, 7 nəfərin Miilli Qəhrəman adına layiq görüldüyünü qeyd edib. Sonra yenicə çapdan çıxmış "Qazax – xidmət etdiyin diyar” kitabının ilk nüsxəsini general-mayor Rasim Əliyevə təqdim edərək bildirib ki, bu kitab Qazaxda hərbi xidmətdə olan əsgərlərə veriləcəkdir.

Müdafiə Nazirliyinin İdarə rəisi, general-mayor Rasim Əliyev çıxış edərək ordumuzun işğal altında olan torpaqlarımızı azad etməyə hər an hazır olduğunu bildirib və nazirliyin xatirə mükafatlarını rayon sakinlərinə təqdim edib.

Tədbirdə Müdafiə Nazirliyinin ansamblının müşayiəti ilə Vətənə, ordumuza həsr olunmuş mahnılar səslənib, rəqslər ifa edilib.

Elçin İsmayıl.

Qazax rayonu

"Yenisumqayit.az"

Qazaxda milli-vətənpərvərlik mövzusuna həsr olunmuş tədbir keçirilib

Qazaxda milli-vətənpərvərlik mövzusuna həsr olunmuş tədbir keçirilib

Qazaxda milli-vətənpərvərlik mövzusuna həsr olunmuş tədbir keçirilib

Qazaxda milli-vətənpərvərlik mövzusuna həsr olunmuş tədbir keçirilib

Qazaxda milli-vətənpərvərlik mövzusuna həsr olunmuş tədbir keçirilib

Qazaxda milli-vətənpərvərlik mövzusuna həsr olunmuş tədbir keçirilib





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR