Sumqayıtda hava

Cəmiyyət

Şuraabad kənd tam orta məktəbində maarifləndirmə tədbiri

Şuraabad kənd tam orta məktəbində maarifləndirmə tədbiri

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 29 noyabr 2017-ci il tarixində Xızı rayon Şuraabad kənd tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə "Fövqəladə halların təsnifatı”, "Zəlzələ zamanı necə davranmalı?”, "Torpaq sürüşməsi zamanı davranış qaydaları”, "Məişətdə yanğın zamanı davranış qaydaları”, "Odsöndürən balonlardan istifadə”, "Meşədə yanğın təhlükəsizliyi qaydaları”, "Dəm qazı” və "112” qaynar xətti” mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş etdirilib.

Sonda suallar cavablandırılıb və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR