Sumqayıtda hava

Manşet, Cəmiyyət

Cüdo üzrə şəhər çempionatı başa çatdı

Cüdo üzrə şəhər çempionatı başa çatdı

24-25 noyabr 2017-ci il tarixlərində M.Hüseynzadə adına şəhər stadionunda "Sumqayıt gəncləri narkomaniyaya yox deyir” devizi altında kişilər və qadınlar arasında şəhər çempionatı keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Röyal Dünyamalıyev (-60 kq), Rəhman Yaqublu (-66 kq), Məhəmməd Hacıyev (-73 kq), Rahib İbrahimov (-81 kq), Murad Rəcəbli (-90 kq), Sənan Əhmədov (-100 kq), Vüsal Həsənov (+100 kq) kişilər; Gülnar Paşayeva (-48 kq), Rəfiyyə Əhmədova (-52 kq), Əsmər Məmmədova (-57 kq), Fidan Tarıverdiyeva (-70 kq), Mehriban İmanzadə (-78 kq) və Nuranə Muradova (+78 kq) isə qadınlar arasında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı ilə təltif olunmuşdur.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR