Sumqayıtda hava

Manşet, Cəmiyyət

Gənclər Sumqayıt Texnologiyalar Parkında oldular

Gənclər Sumqayıt Texnologiyalar Parkında oldular

Gənclər Sumqayıt Texnologiyalar Parkında oldular

Gənclər Sumqayıt Texnologiyalar Parkında oldular

Gənclər Sumqayıt Texnologiyalar Parkında oldular

Fevralın 16-da Sumqayıt şəhər İcra Hakimiyyəti və şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Sumqayıt Dövlət Texniki Kollecinin bir qrup tələbələri Sumqayıt Texnologiyalar Parkına ekskursiya etdilər.

Şəhər Gənclər və İdman Baş İdarəsindən "Yenisumqayit.az"a bildirilib ki, ilk öncə tələbələrə Sumqayıt Texnologiyalar Parkı haqqında məlumat verilərək bildirildi ki, STP regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Regionda nadir layihə olan STP Azərbaycanın həm daxili, həm də xarici bazarının tələbatını tam ödəmək qabiliyyətinə qadirdir.

Daha sonra ekskursiya elektrik avadanlıqları zavodundan başlandı. Sumqayıt Texnologiyalar Parkının ictimaiyyətlə əlaqələr şöbənin əməkdaşı Rüstəm Allahverdiyev tələbələrə zavod haqqında ətraflı məlumat verdi. Sonra Kabel zavoduna ekskursiya olundu. Burada da ən yeni elmi-texniki nailiyyətlərdən istifadə edilərək yüksək gərginlikli elektrik xətlərinin çəkilməsi üçün kabellər istehsal olunur. Kabellərin keyfiyyəti müasir tipli laboratoriyada yoxlanılır. Gənclər alüminium əritmə, müxtəlif ölçülü plastik boru istehsalı zavodunda da oldular. Burada müxtəlif ölçülərdə su, qaz və s. nəqli üçün nəzərdə tutulan borular istehsal edilir. Daha sonra tələbələr qaynar sinkləmə və maşınqayırma zavodunda oldular.

Qeyd edək ki, STP 2009-cu il dekabr ayının 22-də dövlət başçısı cənab İlham Əliyev tərəfindən istismara verilmişdir. Texnoparkın məhz Sumqayıtda yaradılması Azərbaycanın iqtisadi cəhətdən inkişafına əhəmiyyətli dərəcədə təkan verməklə yanaşı, vaxtılə Qafqazda sənaye mərkəzi kimi yaradılan bu şəhərin tarixi ənənələrinin bərpası deməkdir. STP-nin bütün zavodları Avropada istehsal olunmuş ən yeni texnoloji avadanlıqla təchiz olunub. İstehsal prosesində istifadə olunan xammallar da Avropanın qabaqcıl ölkələrindən idxal olunur.

Xüsusi il vurğulayaq ki, ekskursiyanın məqsədi "Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramının icrasını təmin etmək, gənclərin peşə bilikləri haqqında əyani olaraq məlumatlandırılması, gələcəkdə hansı peşələrlə yiyələnmələri mövzusunda məsləhətləşmələrin aparılması, məşğulluqla təmin edilmələri istiqamətinə bilikləndirilmək və bacarıqların artırılmasından ibarətdir.

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin Sumqayıtda açılışında işirak etdiyi digər sənaye müəssələrinə və ictimai obyektlərə ekskursiyaların təşkili davam etdiriləcəkdir.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR