Sumqayıtda hava

Manşet, Cəmiyyət

Azərbaycan və Gürcüstan gəncləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Gürcüstan gəncləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərikimya İstehsalat Birliyinin Müşahidə şurasının sədri, 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin deputatı Muxtar Babayev Tiflisdə Avronest Parlamet Assambleyasının iclasında çıxış edib.

 

Fevralın 12-də Tiflisdə Avronest PA-nın siyasi məsələlər, insan hüquqları və demokratiya, həmçinin enerji komitələrinin iclasları keçirilib. Enerji komitəsinin iclasında Azərbaycan Milli Məclisinin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin üzvü Muxtar Babayev "Avropa İttifaqı və Avropa Şərq Tərəfdaşlığı ölkələrində enerji səmərəliliyinin artırılması və enerjinin davamlılığı” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə enerji səmərəliliyinin faydaları, artırılması və davamlılığı, növləri və digər məsələlər öz əksini tapıb.

Sənəddə Avropa İttifaqının və Şərq Tərəfdaşlığı ölkələrinin enerji səmərəliliyi və enerji davamlılığı sahəsində siyasəti, dövlət proqramları, qarşıya qoyulan məqsədlər və əsas çətinliklər barədə məlumat verilir, Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı ölkələrinin bu sahələrdəki problemlərin aradan qaldırılması üçün birgə əməkdaşlıq proqramları ətraflı izah edilir.

Sonra Siyasi komitənin iclasında "Şərq tərəfdaşlığı ölkələrində təhlükəsizlik məsələsi və Avropa İttifaqının bu çağırışlara cavabı” mövzusunda məruzə dinlənilib. Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Fuad Muradov, deputatlardan Rövşən Rzayev, Məlahət İbrahimqızı məruzə ətrafında çıxış edərək, ölkəmizin maraqlarına xidmət edən təkliflər irəli sürüblər.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR