Sumqayıtda hava

Manşet, Cəmiyyət

“Azərikimya” kollektivi Heydər Əliyev Mərkəzində

“Azərikimya” kollektivi Heydər Əliyev Mərkəzində

“Azərikimya” kollektivi Heydər Əliyev Mərkəzində

Mayın 3-də "Azərikimya” İB-nin kollektivi şəhər ictimaiyyətinin nümayəndələri ilə birgə Ulu öndər, Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ərəfəsində Bakı şəhərindəki Heydər Əliyev Mərkəzində olublar.

Mərkəzlə tanışlıq zamanı məlumat verilib ki, Heydər Əliyev Mərkəzinin təntənəli açılış mərasimi Ulu öndər Heydər Əliyevin 89-cu doğum günündə, 10 may 2012-ci ildə keçirilib. 2013-cü ilin oktyabrında Heydər Əliyev Mərkəzi Sinqapurda keçirilən Dünya Memarlıq Festivalında təqdim edilib, 2014-cü ilin iyununda Heydər Əliyev Mərkəzinin dizaynına görə "Design Museum" təşkilatı Zaha Hadidə "İlin dizaynı 2014" mükafatını verib.

Mərkəzin əsas binası üç böyük hissədən ibarətdir: Heydər Əliyev Muzeyi, sərgi zalları və "Auditorium". Heydər Əliyev irsinin araşdırılması, təbliği və fondlarda qorunması istiqamətində fəaliyyət göstərən Mərkəzin ən cəlbedici və maraq doğuran bölümü Heydər Əliyev Muzeyidir. Dizaynı və burada tətbiq edilən yeni texnologiyalarla fərqlənən muzey Mərkəzin modern üslubu ilə həmahəngdir. Muzey Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirir. Burada toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Üç mərtəbədən ibarət muzeydə ümummilli lider Heydər Əliyevə aid maraqlı faktlar, foto və video materiallar və digər ünikal eksponatlar təqdim olunur.

Sonra ziyarətçilər Mərkəzin sərgi zalları ilə tanış olublar. Birinci mərtəbədə fəaliyyət göstərən "Azərbaycan inciləri" adlı sərgidə ölkənin tarixi və mədəni irsini əks etdirən unikal eksponatlar nümayiş etdirilir. Sərgidə Azərbaycan tarixinin bütün dövrlərini, həmçinin mədəniyyətinin müxtəlif sahələrini özündə əks etdirən eksponatlar vardır. İkinci mərtəbədə yerləşən "Mini Azərbaycan" sərgisində Bakıda və eləcə də Azərbaycanın digər bölgələrində yerləşən və tarixi-memarlıq əhəmiyyətinə malik 45 binanın maketi sərgilənir. Mərkəzin üçüncü mərtəbəsində "Azərbaycana xoş gəlmisiniz" adlı sərgi yerləşir. Burada Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və təbiətinə aid eksponatlar sərgilənir. Dördüncü mərtəbədə yerləşən "Azərbaycan mətbəxi fotoları" sərgisində Azərbaycanın mətbəx mədəniyyəti təqdim edilir.

Sonra Mərkəzin dörd mərtəbəli "Auditorium" hissəsi haqqında ziyarətçilərə məlumat verilib. Burada iki konfrans salonu, görüş otaqları və media mərkəzi yerləşir. Binada həmçinin təbii ağaclar və bitkilərdən təşkil olunmuş landşaft ərazisi də formalaşdırılıb. Binanın tərkibində müxtəlif interaktiv məlumat köşkləri vardır ki, mərkəzə gələn ziyarətçilər burada keçirilən tədbirlər və sərgilər haqqında məlumat əldə edə bilirlər.

Kimyaçılar və ictimaiyyət nümayəndələri Heydər Əliyev Mərkəzindən xoş əhval-ruhiyyə və iftixar hissi ilə ayrılıblar.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR