Sumqayıtda hava

Manşet, Cəmiyyət

Layihə çərçivəsində növbəti təlim baş tutub

Layihə çərçivəsində növbəti təlim baş tutub

Layihə çərçivəsində növbəti təlim baş tutub

26 may 2018-ci il tarixində Sumqayıtda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə "Sumqayıt tələbələri” İctimai Birliyi tərəfindən «Vikipediyada Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması işinə dəstək» layihəsi çərçivəsində növbəti - üçüncü təlim baş tutdu.

İctimai Birliyin sədri Rüfət Mahmudzadə təlim iştirakçılarını salamladı, onları Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə təbrik etdi və layihənin məqsədləri - gənclər arasında informasiya texnolo giyalarından düzgün faydalanmanın təbliği və Virtual Ensiklopediya olan Vikipediyada Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması barədə məlumatlandırdı.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun əməkdaşı Pərvin Rəsulov çıxış edərək gənclərin ictimai fəaliyyətində İKT-nın rolu barədə məlumat verdi, bu sahədə uğurlu dövlət strategiyasının nəticələri haqqında fikirlərini bölüşdü.

Təlim təhsil və İKT sahəsində ekspert və təlimçi Ramil Süleymanov tərəfindən keçirildi. Eyni zamanda təlim iştirakçılarına veb 2.0 texnologiyaları, sosial şəbəkələrdən istifadə, sosial şəbəkələrin xüsusiyyətləri, vikipediyada redaktə bacarıqları, məqalələrin yerləşdirilməsi kimi məlumatlar interaktiv olaraq təqdim olunub.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olundu.

Layihə çərçivəsində təlimlərdə Sumqayıt şəhərindən 245 nəfər gəncin iştirakı nəzərdə tutulub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR