Sumqayıtda hava

Manşet, Xəbərlər

Azərbaycanda bir ilk - Bələdiyyə avtobusları

Azərbaycanda bir ilk - Bələdiyyə avtobusları

Azərbaycanda ilk dəfə bələdiyyəyə məxsus müntəzəm marşrut xətti açılıb.

Bakı Nəqliyyat Agentliyindən "APA-Economics”ə verilən məlumata görə, yeni təşkil edilən 152 nömrəli müntəzəm marşrut xətti Zirə və Mərdəkan qəsəbələrini əlaqələndirir. Zirə sakinlərinin və bələdiyyəsinin çoxsaylı müraciətləri nəzərə alınmaqla təşkil edilən xəttin əsas özəlliyi onun bələdiyyənin yaratdığı hüquqi şəxsin istismarına verilən ilk müntəzəm marşrut olmasıdır.

Marşrut xətti üzrə sərnişindaşıma bu sahədə mövcud tələblərə cavab verən 2 ədəd müasir və komfortlu avtobuslar vasitəsi ilə həyata keçirilir. Ay ərzində bu marşrut xətti üzrə Zirə-Mərdəkan, eləcə də əks istiqamətdə 15-16 min sərnişin daşınır.

Nəticədə Zirə qəsəbəsi sakinlərinin şəhər mərkəzi və ətraf yaşayış yerlərinə gediş-gəlişi asanlaşıb.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR