Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda və Azərbaycanda İLK DƏFƏ: IELTS təqaüd proqramı

Sumqayıtda və Azərbaycanda İLK DƏFƏ: IELTS təqaüd proqramı

2015-ci ilin may ayından etibarən rəsmi IELTS imtahan mərkəzi kimi fəaliyyət göstərən Reduco Tədris Mərkəzinin Sumqayıt filialında #getielts başlığı altında IELTS imtahanına hazırlaşan tələbələr üçün təqaüd proqramı həyata keçirilir.

Təqaüd proqramına 4 ay hazırlıq, dərs vəsaitləri və rəsmi imtahan xərcləri daxildir. Proqramın ilk mərhələsində 120 nəfər qeydiyyatdan keçərək imtahanda iştirak etmək hüququnu qazanıblar. 2-ci mərhələdə ən yüksək nəticə göstərən 12 nəfər müsahibəyə dəvət olunub və onlardan 6 nəfər seçilərək təqaüd proqramının iştirakçısına çevriliblər.

Hazırda intensiv şəkildə davam edən dərslər oktyabr ayına qədər davam edəcək və oktyabrın 27-də Mərkəzin Sumqayıt filialında keçiriləcək rəsmi imtahanla yekunlaşacaq.

Siz də noyabr ayında yenidən başlayacaq #getielts təqaüd proqramına qoşulmaq istəyirsinizsə qeydiyyatdan keçin: http://scholarship.reduco.az/

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR