Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda Beynəlxalq Gənclər Gününə həsr edilmiş mini-futbоl yarışı

Sumqayıtda Beynəlxalq Gənclər Gününə həsr edilmiş mini-futbоl yarışı

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Sumqayıt şəhər 1 N-li Uşaq-Gənclər İdman Şahmat Məktəbində Beynəlxalq Gənclər Gününə həsr edilmiş mini-futbоl üzrə yarış təşkil edilib.

Dövlət himnin səsləndirilməsi ilə başlanılan tədbiri giriş sözü ilə açan Baş İdarənin Gənclərlə iş sektorunun müdürü Ceyhun Hüseynov əsası Ümummili Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, gənc nəsilə göstərilən diqqət və qayğıdan, dövlət gənclər siyasətinin uğurlu inkişafından danışıb. Qeyd olunub ki, məqsəd "Azərbaycan gəncliyi 2017 - 2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri icra etmək, gənclərin hərtərəfli inkişafına nail olmaq, sağlamlıqlarının möhkəmləndirmək, asudə vaxtlarının səmərəli təşkili və həmçinin fiziki potensialının üzə çıxarılmasıdır. Bildirilib ki, şəhərimizdə də gənclərimizin hərtərəfli inkişafı üçün əlverişli şərait yaradılıb, müasir tələblərə cavab verən idman obyektləri istifadəyə verilib.

Yarışda 6 komanda qalib adı uğrunda mübarizə aparıb.

1-ci və 2-ci yerlərə Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin, 3-cü yerə isə Sumqayıt Asan Xidmət Mərkəzinin komandaları layiq görülüb.

Qalib komandalar təltif edilib.

"Yenisumqayit.az"

Sumqayıtda Beynəlxalq Gənclər Gününə həsr edilmiş mini-futbоl yarışı

Sumqayıtda Beynəlxalq Gənclər Gününə həsr edilmiş mini-futbоl yarışı

Sumqayıtda Beynəlxalq Gənclər Gününə həsr edilmiş mini-futbоl yarışı





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR