Sumqayıtda hava

Hadisə

Avtomobillərin qənimi olan Masazır sakini tutulub

Avtomobillərin qənimi olan Masazır sakini tutulub


"Yeni Sumqayıt"ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata əsasən, Abşeron RPŞ və Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də Masazır qəsəbəsində Azər Dəmirovun yaşadığı evin həyətində üzərində Rövşən Məmmədova məxsus “Chevrolet” markalı avtomobilin 2013-cü il avqustun 12-də oğurlanmış dövlət qeydiyyat nişanları olan “VAZ-2106” markalı avtomobil aşkar edilmişdir.

Araşdırmalar zamanı həmin nəqliyyat vasitəsinin Maarif Səlimova məxsus, yanvarın 11-də qaçırılmış “VAZ-2106” markalı avtomobil olması da müəyyən edilmişdir.

A.Dəmirov tutulmuş və ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 12-də və 14-də Masazır qəsəbə sakini Teymur Bağırovla birgə Akif Əliyevə, Rasim Fərəcova və Rəşid Allahverdiyevə məxsus “VAZ-2106” markalı avtomobilləri də qaçıraraq Gəncə şəhərinə apararaq satması müəyyən edilmişdir.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə T.Bağırov da tutulmuşdur.





Xəbər lenti

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR