Sumqayıtda hava

Cəmiyyət

Azərikimya`nın təşkilatçılığı ilə komandalararası turizm yarışı keçirilib

Azərikimya`nın təşkilatçılığı ilə komandalararası turizm yarışı keçirilib

Sentyabrın 8-də Azərikimya İstehsalat Birliyinin təşkilatçılığı ilə komandalararası turizm yarışı keçirilib. Siyəzən rayonunun Qalaaltı istirahət mərkəzində keçirilən turizm yarışında Azərikimya İstehsalat Birliyi ilə yanaşı Azəriqaz İstehsalat Birliyi, Ə.C.Əmirov adına NQÇİ, Bibiheybət NQÇİ, Sumqayıt Regional Mədəniyyət İdarəsi, Sumqayıt şəhər Təhsil şöbəsi, Sumqayıt şəhər Mərkəzləşdirilmiş kitabxanalar sistemi və d. qurumlardan ümumilikdə 10 komanda iştirak edib.

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda komandanın üzvləri darts, daşların üzəri ilə yerimə, kəndirlə dərəyə enmə və qalxma, kəndirlə uzununa tullanma, kanatla dərəni keçmə, iplərə toxunmadan müəyyən maneələrin arasından keçmək kimi əməliyyatları yerinə yetiriblər.

Yarışların nəticələrinə əsasən Azərikimya İB-nin komandası birinci yerə, Ə.C.Əmirov adına NQÇİ komandası ikinci yerə, Etilen-polietilen zavodunun komandası isə üçüncü yerə layiq görülüb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR