Sumqayıtda hava

Cəmiyyət

Rafiq ODAY - Yeni şeirlər

Rafiq ODAY - Yeni şeirlər

***
Asıldım, qaldım qəmdən mən,
Sıxıldım eşqi kəmdən mən.

 

Düşmədi çoxdan mənə pay,
Çıxıldım yenə cəmdən mən.

 

Azmıdır qurda, quşa yem?
Oldum həm xırman, həm dən mən.

 

Gözyaşım axdı qəlbə hey,
Çürüdüm, Allah, nəmdən mən.

 

Dərd məni dağa çəksə də,
Sandılar çıxdım dəmdən mən.

 

Ucadan ruha səmər yox,
Oxudum, şair, bəmdən mən.

 

Odaya ağır dərddi, kim
Qəribsə, ona həmdəm mən.
***

 

OLMADI

Arxasınca quru yuyub, yaş sərənləri,
Gördük üzdə ayağına baş sərənləri,
Bir gün sola, bir gün sağa – çaş "ərən”lərin,
Üzlərindən tüpürcəyi kəsir olmadı.

 

Məzlumlara ağlamaqçün yaş da saxladım,
Zalımları daşlamaqçün daş da saxladım,
Nəyim varsa, yuxarıda – başda saxladım,
Ağlım heç vaxt gödənimə əsir olmadı.

 

İkimizin atdığı da eyni zərdisə,
Hanı – hərə əkdiyini özü dərdisə?!
Əgər təsir əks təsirə bərabərdisə,
Niyə zülmü edənlərə təsir olmadı?!

 

Ömür bizi zaman-zaman sınağa çəkdi,
Səbirsizlər bu sınağı qınağa çəkdi,
Həyat qan-qan deyənləri çanağa çəkdi,
Od üstünə su çiləyən, nə sirr? – Olmadı.

 

Məcnun kimi səhralara düşdüm bu üzdən,
İnnən belə kim qurtarar məni bu düzdən,
Gecə-gündüz söz toxudum, amma bu sözdən
Məmməd oldu, Nəsir oldu, həsir olmadı.

 

Başımıza ələnənlər yad daşısa da,
Bu ələklər əsrlərin yaddaşısa da,
Düz əlli il kipriyində od daşısa da,
Rafiq Oday odasından qəsr olmadı.

 

***

Hər anası olmayandan
anasızlığın,
Hər atası olmayandan
atasızlığın
nə demək olduğu
sorulmaz ki, yavrum.
Hələ… Hələ…
Bu qədər qocalar evi,
ayaq izi dəyməyən,
kol-kos basmış,
didərgin ruhlu
məzarlar varkən.
Eh, Koroğlu… Koroğlu…
Edebiyyat-az.com

 

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR