Sumqayıtda hava

Redaktorun Seçimi, Cəmiyyət

“Gənclər Paytaxtı”nı siz seçəcəksiniz

“Gənclər Paytaxtı”nı siz seçəcəksiniz


2012-ci ildə Gəncə şəhəri, 2013-cü ildə Biləsuvar şəhəri, 2014-cü ildə isə Quba rayonu “Gənclər Paytaxtı” adını qazandıqdan sonra, 2015-ci ildə qalib olacaq şəhərin seçiminə start verilir.

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq 2012-ci ildən başlayaraq Proqramın icra müddəti ərzində hər il Bakı şəhəri istisna olmaqla ölkənin şəhər və rayonlarından biri “Gənclər paytaxtı” elan olunur. “Gənclər paytaxtı”nın seçimi regionlarda gənclərlə işin daha da canlandırılması və inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. Azərbaycanın Gənclər Paytaxtı 1 il müddətinə seçilir. Seçildiyi müddət ərzində həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialını artırır, gənclərin imkan və bacarıqlarının, yaranan ideyalarının reallaşdırılmasına, sosial problemlərinin həllinə daha böyük diqqət verir.

Seçim 2 mərhələdə həyata keçirilir. İlk mərhələdə Təşkilat Komitəsi tərəfindən namizədliyi irəli sürülən şəhər və rayonlar arasında təqdim olunan sənədlərə əsasən seçim aparılmış, səsvermə siyahısı formalaşdırılmışdır. Bu il "Gənclər Paytaxtı"nın seçimi ilə bağlı elan edilmiş müsabiqəyə 26 şəhər (rayon) tərəfindən namizədlik irəli sürülmüş, onlardan 11-i səsvermə siyahısına daxil edilərək ikinci mərhələyə buraxılmışdır. İkinci mərhələ ötən illərdə də olduğu kimi internet səsverməsi vasitəsi ilə həyata keçirilir. Artıq 24 yanvar 2015-cü il tarixdə start götürəcək səsvermə 1 fevral 2015-cü il tarixdə saat 23.59-da yekunlaşacaq. 2015-ci ilin "Gənclər Paytaxtı"nın adı isə 2 fevral 2015-ci il tarixdə Azərbaycan gəncləri günü münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən keçiriləcək tədbirdə rəsmi elan ediləcəkdir.

Onu da qeyd edək ki, Azərbaycanın "Gənclər Paytaxtı"nın seçilməsində yaşadığı yerindən, vətəndaşlığından, yaşından, milliyətindən asılı olmayaraq hər kəs bərabər hüquqla iştirak edə bilər.

Səsvermə www.genclerpaytaxti.az internet saytı vasıtəsilə həyata keçirilir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR