Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda "5 oktyabr - Beynəlxalq Müəllimlər Günü" qeyd edildi

Sumqayıtda "5 oktyabr - Beynəlxalq Müəllimlər Günü" qeyd edildi

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.

Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əlamətdar gün münasibəti ilə təhsil işçilərini təbrik edərək, onlara xoş arzularını çatdırıb, onlara çətin və eyni zamanda şərəfli işlərində uğurlar arzulayıb.

Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğı bu gün uğurla davam etdirilir. Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilir, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.

Qeyd olunub ki, təhsil sahəsində əldə olunmuş uğurlar Prezident İlham Əliyevin, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə hərtərəfli qayğısının nəticəsidir.

 

Tədbirdə xalqımızın milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğu, böyük hörmətlə, yüksək ehtiramla çəkildiyi qeyd edilib.

Çıxış edən təhsil işçiləri Sumqayıt müəllimləri adından Azərbaycan təhsilinə göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Sonda təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə fəxri fərman və hədiyyələr təqdim olunub.

Tədbir tanınmış incəsənətustalarının iştirakı ilə konsert proqramı ilə davam edib.
"Yenisumqayit.az"

Sumqayıtda "5 oktyabr - Beynəlxalq Müəllimlər Günü" qeyd edildi

Sumqayıtda "5 oktyabr - Beynəlxalq Müəllimlər Günü" qeyd edildi

Sumqayıtda "5 oktyabr - Beynəlxalq Müəllimlər Günü" qeyd edildi





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR