Sumqayıtda hava

Manşet, Cəmiyyət

"Bakı Asiyada, Sumqayıt isə Avropada yerləşir!" - Sumqayıtlı həkimdən maraqlı STATUS

"Bakı Asiyada, Sumqayıt isə Avropada yerləşir!" - Sumqayıtlı həkimdən maraqlı STATUS

Sumqayıtlı ziyalı, tanınmış həkim Hümbət Quliyev sosial şəbəkə hesabı üzərindən maraqlı bir paylaşım edib. Paylaşımı olduğu kimi təqdim edirik:

Avropa qitəsi ilə Asiya qitəsi arasındakı sərhəddi bilirsiniz. Təqdim etdiyim xəritədə bu qeyd olunub. Deməliyəm ki, bu sərhəddin bir neçə variantı var. Mən sizin diqqətinizi "F" variantına yönəldirəm. Azərbaycandan keçən bu variant indi coğrafiyaşünaslar tərəfindən ən çox dəstəklənən variantdır. Sumqayıt - Bakı yolunu gedənlər Xırdalan şəhərinin yanından keçəndə bir təpəni (qəbirstanlıq yerləşən) qalxmalı olurlar. Əgər o təpənin başına qalxsanız hər iki tərəfə uzanan təpələr cərgəsini görəcəksiniz. Bax o təpələr silsiləsi Avropanı Asiyadan ayıran sərhəddin özüdür. İndi ən maraqlısı, bu sərhəddə əsasən Bakı Asiya qitəsində, Sumqayıt isə Avropa qitəsində yerləşir! Əlbəttə mən Azərbaycanın tarixinə ilk qitəbaz kimi düşmək istəməzdim, amma bunu vurğulamaqdan məmnunam ki, Sumqayıt Avropada yerləşir və SUMQAYITLILAR AVROPALIDIRLAR! Biz sumqayıtlılar çoxdan bilirdik ki,biz ağıllı, kreativ, mütərəqqi insanlarıq. Uşaqlarımız qəbulda birinci,tələbələrimiz təhsidə öndə,şahmatçılarımız dünya liderlərindəndir. İndi çox şeylər aydınlaşdı. Biz sumqayıtlılar bu faktı qabartmalı və yaymalıyıq. Turizmin təşviqi baxımından da bu çox yaxşı olacaq. Nəinki xaricilər,digər reqionlarımızdan,xüsusən Bakıda yaşayanlar üçün Avropaya - Sumqayıta turlar təşkil etmək olar. Bulvarımızdakı Sumqayıt körpüsündən Avropa - Asiya (Sumqayıt-Bakı) gəmi turları təşkil edə bilərik! İdeyalar çoxdur!

Hümbət Quliyev, avropalı!

"Yenisumqayit.az"






Цитата
  • Группа: Qonaq
  • ICQ:
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
У вас непростой выбор

заработок денег
Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

KATEQORIYALAR